İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


28.02.2018  12:08 

Tikinti şirkətlərində qanunsuz işlədilənlər





A+  A-

"Əgər 2017-ci ildə bir tikinti şirkətində orta hesabla 30 işçi əmək müqaviləsi ilə işləyirdisə, hazırda bu rəqəm 48-ə yaxınlaşır”.
XəzərNews.az "Report”a isitnadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

Onun sözlərinə görə, artıq tikinti şirkətləri aktiv şəkildə əmək müqavilələr bağlayır: "Sentyabrın 19-dan bu günə qədər tikinti şirkətlərində 43 monitorinq keçirilib. Məqsədimiz öncədən şirkətlərdə nə qədər işçinin olduğunu müəyyənləşdirmək, yalnız şübhə yarandığı zaman şirkətlərə gedib orada səyyar monitorinq keçirməkdən ibarətdir. Bu günə qədər 1600 işçi monitorinq olunub, 570-ə yaxın işçinin müqaviləsiz işlədiyi aşkar olunub. Bu rəqəm artıq get-gedə azalmaqdadır”.

F.Cəfərov qeyd edib ki, İnzibati Xətalar Məcəlləsi 1 nəfərdən 9 nəfərə qədər müqaviləsiz işçi işlətməyə görə hüquqi şəxslərin 20 mindən 25 min manata qədər, fiziki şəxlərin 3 min manata qədər, vəzifəli şəxslərin 5 min manata qədər cərimələnməsini nəzərdə tutur: "10 nəfər və daha artıq şəxsi qanunsuz işlətmək isə Cinayət Məcəlləsi ilə tənzimlənir. Burda 2 il azadlıqdan məhrum etmə, azadlığın məhdudlaşdırılması, ishal işlərinə cəlb etmə və 7 mindən 10 min manata qədər cərimə tətbiq olunur. Materiallarda cinayət tərkibi olduqda Baş Prokurorluğa göndərilir”.

Direktor qeyd edib ki, mərkəzin yaradılması məqsədi Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarında əmək münasibətlərinin tənzimlənməsidir: "Biz qarşılıqlı olaraq tikinti şirkətləri ilə əməkdaşlıq edirik, onların təkliflərini dinləyirik. Fəaliyyətimizdə sahibkarların təkliflərindən istifadə edirik. Eyni zamanda gördüyümüz işlərə dair bu sahədə işləyən adamlara hesabat veririk”.

Xəbər 1122 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +