Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


06.10.2017  11:15 

Kirayə bazarında müqavilə PROBLEMİ





A+  A-

Dünyanın bir çox ölkəsində mənzilləri kirayə götürən və kirayə verən arasında müqavilə imzalanır. Bağlanan müqavilələrdə həm ev sahibinin, həm də kirayə götürənin üzərinə müəyyən öhdəliklər düşür. Təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizə belə müqavilələrin bağlanması aşağı səviyyədədir. Bəs görəsən bunun səbəbi nədir?
XəzərNews.az xəbər verir ki, məsələ ilə Modern.az-a danışan “MBA” Consaltinq şirkətinin rəhbəri, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib ki, Azərbaycanda SSRİ dövründən bəri qalan ənənə hələ də davam edir.

“Düzdür bu sahədə müəyyən irəliləyişlər var, amma tam problem tam həll olunmayıb. Bahalı evlər, xarici şirkətlərə verilən, yerli hüquqi şəxslərə verilən mənzillər rəsmiləşdirilir, o cümlədən vergidə uçota dururlar.

Amma kütləvi kirayə verilən mənzillərdə bu problem hələ də davam edir. Bunun bir çox səbəbləri var. Burda müqavilə ənənəsinin formalaşmaması, gəlirlərin məhdud olması da önəmli rol oynayır. Evi kirayə götürən şəxs əlavə xərcdən yayınmaq üçün müqavilə imzalamaqdan imtina edir.

Çünki müqavilə imzalansa 14 faiz vergi ödəmək lazımdır, bunu da çox adam xərclərin artması baxımından etmir. Bundan başqa da bizim şərq mentalitetinə məxsus olan xüsusiyyətimiz var, sözə daha çox etibar edirik, nəinki kağıza. Əgər müqavilə imzalansa, evdə nə varsa göstərilməlidir. Ona görə də bir çox kirayə götürən və ev sahibi müqavilə imzalamaqdan imtina edir. Amma zaman keçdikcə bu problemlərin sayında azalma müşahidə olunur. Vergilər Nazirliyi bu məsələlərin həlli üçün addımlar atır”.

N.İbrahimov bildirib ki, müqavilə imzalamadan evləri kirayə vermək və ya kirayə götürməyin bir sıra fəsadları ortaya çıxır.

“Evdə problem olduqda qarşı tərəfin üzərinə hansısa məsuliyyət qoymaq olmur, əksər hallarda problem ev sahibinin üzərində qalır. Bundan başqa evdə kirayədə qalan şəxs hansısa cinayət törətdikdə, polisə düşdükdə, ev sahibi çağırılır, məsuliyyətə cəlb edilir. Burada ən çox evi kirayəyə verən problemlə qarşılaşır. Kirayə götürənlər çox vaxt məsuliyyətdən yayımlanmaq üçün müqavilələrin bağlanmasını istəmir”.

Xəbər 1207 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +