İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


29.08.2017  13:28 

FHN itən 5 yaşlı uşaqla bağlı məlumat yaydı





A+  A-

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında 5 yaşlı Natiq Əliyev Qubanın Əski İqriq kənd ərazisində olan istirahət mərkəzlərindən birində yoxa çıxıb.
XəzərNews.az hadisə ilə bağlı yeni məlumatlar əldə edib.

Məlum olub ki, hadisə xınayaxdı mərasimində baş verib. N. Əliyev həmyaşıdları ilə oynayırmış. Bir müddət sonra isə valideynləri onu tapa bilməyiblər. Məsələ bağlı polisə dərhal məlumat verilib. Bu gün səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyinin axtarış qrupu da azyaşlının tapılması istiqamətində işlərə başlayıb. Hələ ki, nəticə yoxdur. Hazırda uşağın valideynləri də Əski Qırıq kəndindədirlər.

Qeyd edək ki, ailənin özü Quba şəhərində yaşayır.

***

FHN də hadisəylə bağlı məlumat yayıb. Bildirilir ki, 28 avqust 2017-ci il tarixində Quba rayonunun Əski İqrığ kəndində 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu itkin düşmüşdür. Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qüvvələri axtarışlara cəlb olunub. Hələlik axtarış işləri nəticə verməyib.

Onu görənlərdən aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur: (070) 207-09-97.

Xəbər 1201 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +