İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


26.08.2017  22:19 

FHN-nin ilk heyəti Gürcüstandan qayıdıb





A+  A-

Gürcüstanda meşə yanğınlarının söndürülməsinə cəlb edilmiş FHN-in yanğınsöndürmə-xilasetmə dəstəsinin ilk heyəti vətənə dönüb.
XəzərNews.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, avqustun 26-da Gürcüstanın Borjomi-Xaraqulsk qorugunda baş vermiş meşə yanğınların söndürülməsində iştirak etmiş Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə-xilasetmə dəstəsində təmsil olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin 24 əməkdaşı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 2 helikopteri ilə axşam saatlarında geri dönüblər.

Xəbər verildiyi kimi, avqustun 21-də Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə-xilasetmə dəstəsi ona həvalə olunmuş ərazilərdəki yanğın ocaqlarını söndürmüş və qarşıya qoyulan tapşırıqları operativ şəkildə layiqincə yerinə yetirib.

Qeyd edək ki, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilmişdi.

Xəbər 1247 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +