“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


23.05.2017  16:37 

Ukraynada Azərbaycan Musiqi Günü keçirildi - FOTOLAR+VİDEO





A+  A-

Ukraynanın Lıvov şəhər Filarmoniyasında XXXVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Musiqi Günü keçirilib.
XəzərNews.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporun (UABD) təşkilatçılığı ilə baş tutan tədbirdə Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli, Bakı Musiqi Akademiyasının Dirijorluq kafedrasının professoru, Xalq artisti Yalçın Adıgözəlov, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, UABD-nin sədri Hikmət Cavadov, Lvov şəhər Administrasiyası rəhbərliyi və Ukraynada Azərbaycan diasporunun tanınmış simaları iştirak ediblər.
Azərbaycan Musiqi Günü Lvov Filarmoniyasının Akademik Simfonik Orkestrinin ifası və Yalçın Adıgözəlovun dirijorluğu ilə Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” ilə başlayıb. Dj.Gerşvinin Fortepiano ve orkestr üçün konsertini SSRİ xalq artisti Fərhad Bədəlbəyli ifa edib.
Sonra Yalçın Adıgözəlovun dirijorluğu ilə Qara Qarayevin “İldırımlı yollarla” baletindən ikinci süita səsləndirilib.
Yüksək anşlaqla baş tutan konsert tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.
Qeyd edək ki, konsert həmçinin 28 may Respublika Günü ilə əlaqədar UABD-nin Ukraynada təşkil etdiyi tədbirlər silsiləsindəndir.









Xəbər 933 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +