İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


29.03.2017  11:30 

Azərbaycan əhalisi haqda nazirin proqnozu





A+  A-

Ötən il Azərbaycanda əhalinin gəlirləri 5,2 dəfə, minimum əmək haqqı 3,5 dəfə və orta aylıq nominal əmək haqqı 3,8 dəfə artıb, işsizlik səviyyəsi 5 faiz səviyyəsində saxlanılıb.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Əməyin Gələcəyi Təşəbbüsü" üzrə Milli dialoqun yekunlarına həsr olunan konfransda deyib.

Nazir bildirib ki, 1990-2016-cı illərdə Azərbaycanda 65 yaş və yuxarı yaşda olanların sayı 67,3 faiz artıb: "Bu illər ərzində kiçik, yəni 0-14 yaş qrupunda olanların sayının 8,3 faiz azalması, 65 yaş və yuxarı yaşda olan əhalinin sayının isə 67,3 faiz artması və bu təbəqənin xüsusi çəkisinin 4,8 faizdən 6,2 faizə qədər yüksəlməsi əhalinin yaşlaşma meylinin mövcudluğunu göstərir. Azərbaycanda 2015-ci illə müqayisədə 2050-ci ildə əhalinin sayının 1,4 dəfə artacağı gözlənilir".

S.Müslümov bildirib ki, ölkədə 65 və yuxarı yaş qrupunun əhalinin ümumi strukturundakı bugünkü artım tendensiyasının saxlanılması və əhalinin bu kateqoriyasının xüsusi çəkisinin 2015-ci ildəki 6,2 faizdən 2050-ci ildə 22 faizə çatması, gələcəkdə demoqrafik yük əmsalı göstəricisinin 63-ə qədər artmasını şərtləndirəcək və əmək, məşğulluq, sosial təminat, xüsusilə təqaüd sistemində yeni tələblərə cavab verəcək dəyişikliklərin olunmasını zəruri edəcək.

Xəbər 1263 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +