“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


06.03.2017  17:11 

Ziya Məmmədovun oğlu atasının işdən çıxarılmasının ƏVƏZİNİ BELƏ ÇIXDI





A+  A-

Keçmiş nazir Ziya Məmmədovun biznesmen oğlu Anar Məmmədov atasının işdən çıxarılmasından sonra yoxa çıxıb.
5 ildir ki, ABŞ-da "Xocalıya ədalət" kampaniyası keçirən Azərbaycan-Amerika Alyansının sədri Anar Məmmədov bu il heç bir tədbir keçirməyib.

Anar Məmmədovun əmisi, eks-deputat Elton Məmmədov bir müddət öncə müsahibəsində bu haqda demişdi: "Anar Məmmədov fəal gənclərdən biri olaraq Leyla xanım Əliyevanın apardığı "Xocalıya ədalət" kampaniyasında, Azərbaycan həqiqətlərinin ABŞ-da təbliğ olunmasında, Amerika-Azərbaycan münasibətlərinin qurulmasında və digər bu kimi dövlətin maraqlarına uyğun tədbirlərdə iştirak edir".(azxeber)Ancaq görünən odur ki, Anar Məmmədovun vətənpərvərliyi və Azərbaycan həqiqətlərini dünyaya yaymaq istəyi atasının işdən çıxarılması ilə yekunlaşıb. Bu səbəbdən də keçmiş nazir oğlu bu il ABŞ-da Xocalıyla bağlı heç bir tədbir keçirməyib.

Qeyd edək ki, bundan öncəki illərdə ABŞ-ın Nyu-York, Vaşinqton kimi nəhəng şəhərlərində quraşdırılmış, üzərində "Xocalı... Azərbaycana qarşı bəşər faciəsi”, "Xocalıya ədalət” başlığı altında posterləri milyonlarla insan izləmişdi. Ancaq bu ildən etibarən ABŞ-da Xocalıyla bağlı heç bir poster gözə dəyməyib.

(Rubrika.Az)

Xəbər 5401 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +