“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


09.02.2017  11:59 

11 sentyabr terrorunun təşkilatçısı Obamaya məktub YAZDI





A+  A-


ABŞ-da 11 sentyabrda baş verən terror aktının əsas təşkilatçısı sayılan Xalid Şeyx Məhəmmədin Obamaya məktubu dərc olunub.

XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, 2015-ci ilin yanvarında Quantanamo həbsxanasında məhkəmə öncəsi yazılan məktubun yalnız 2016-cı ilin yanvarında Vaşinqtona göndərilməsinə icazə verilib.

18 səhifəlik məktubda Obama “ilinanın başı” və “isrtismarçı-tiran ölkənin prezidenti” adlandırılır. Şeyx Məhəmməd 11 sentyabr hadisələrini ABŞ-ın dünyanın müxtəlif nöqtələrində törətdiyi cinayətlərə görə qisas adlandırıb.

O, həmçinin Amerikanı İsrail işğalını dəstəkləyərək Fələstin xalqının faciələrinə səbəb olmaqda da ittiham edir. Məktubda İsrailin adı 39, Ben Ladenin adı isə 12 dəfə çəkilib.

Xalid Şeyx Məhəmməd Küveytdə pakistanlıların ailəsində doğulub. O, “Əl-Qaidə” qruplaşmasının hərbi şurasının rəhbəri olub. 2002-ci ildə amerikalı jurnalist Daniel Perlin başını şəxsən kəsib. 2003-cü ilin fevralında Pakistanın Ravalpindi şəhərində həbs olunub və uzun illərdir ki, Kubadakı Quantanamo bazasında saxlanılır.

O, 2001-ci il 11 sentyabr terrorunun əsas təşkilatçısı hesab olunur.



Xəbər 520 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +