Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


04.02.2017  19:27 

Dövlət teatrı xalq artistlərini yarımştata keçirdi - QALMAQAL





A+  A-


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bir qrup Prezident təqaüdçüsü və Prezident mükafatçıları olan, yaşı 65-i və 70-i ötmüş xalq və əməkdar artistlərinin yarımştata keçirilməsi ilə əlaqədar xəbərlər yayılıb. Bu sırada xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı kimi aktyorların da adları çəkilir.

Yayılan məlumatlarda teatr rəhbərliyinin bu qərarının birmənalı qarşılanmadığı, xalq artislərinin etirazına səbəb olduğu bildirilib.

XəzərNews.az bildirir ki, Gənc Tamaşaçılar Teatrının mətbuat xidməti məsələylə əlaqədar Modern.az-a açıqlama verib.

Mətbuat xidməti bildirib ki, teatrın bədii şurasının qərarına əsasən, Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdaşının tamaşalarda və repertuarda məşğulluğu müzakirə olunub, onların 2016-cı ildə hazırlanmış 8 adda yeni tamaşalarda az və ya heç iştirak etməmələri aydın olub.

“Hazırda Dövlət Gənc Tamaşaçılar Teatrı ölkənin ən fəal və çevik repertuar  siyasəti ilə çalışan dövlət teatrlarındandır. Teatrın repertuarında əsas məşğulluq gənc və orta nəsl aktyorların üzərinə düşür. Teatr müxtəlif ölkələrdə keçirilən beynəlxalq teatr festivallarında və qastrollarda ölkəmizin teatr sənətini məhz gənc aktyorların qüvvəsi ilə uğurla təmsil edir.

Teatrda həmişə xüsusi hörmət və ehtirama layiq görülmüş hörmətli sənətkarlar bu gün də kollektivdə çalışmaqda davam edir. “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Qanuna əsasən, yaşı 65-i keçmiş işçilərin fərdi müqaviləyə və yaxud müqavilə müddəti bitdikdən sonra işdən azad olunmaları təmamilə qanuna uyğun bir haldır. Teatrda gün ərzində 3-4 tamaşa oynayan gənclərin əmək haqqlarına  əlavələrin edilməsi hörmətli xalq artistlərini niyə narazı salmalıdır?

Nəzərə alaq ki, sözügedən sənətkarlar uzun illik səmərəli fəaliyyətlərinə  və çoxillik təcrübələrinə görə ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində olub”,-deyə teatrdan verilən açıqlamada vurğulanıb.

Qeyd edək ki, fevral ayının 8-də Dövlət Gənc Tamaşaçılar Teatrında  xalq artistləri Yasin Qarayevin anadan olmasının 70, Ağaxan Salmanlının 75 illiyinə həsr olunmuş Ə.Orucoğlunun “Açarını itirənlər” əsəri əsasında hazırlanmış benefis tamaşanın premyerası keçiriləcək.

 



Xəbər 880 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +