Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb
Prezident beynəlxalq sərgidə çıxış edib... - Bakıda
Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar
Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...


16.02.2019  12:31 

Qadın din xadimlərinə maaş veriləcək





A+  A-

Azərbaycanda din xadimi olan qadınlar bu ildən maddi dəstək alacaqlar.
XəzərNews.az xəbər verir ki, bu barədə Azvision.az -a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə hazırlıq işləri aparılır.

"Burada qadınların din xadimi təyin olunmasından söhbət getmir, çünki İslam dininə imam qadın təyinatı mümkün olan şey deyil. Amma İslam dünyasında ilk dəfə Azərbaycanda bir nümunə tətbiq edilib. Şeyxülislam Allahşükür Paşazadənin müavinlərindən biri qadındır. Bizdən sonra Türkiyə Dəyanət İşləri Başkanlığında da müavinlərdən biri qadın oldu. Məscidlərdə fəaliyyət göstərən dini icma sədri olan xanımlarımız da var. Həmin xanımların arasında bu ildən etibarən maddi dəstək alacaq şəxslər olacaq. Bu istiqamətdə işlər gedir".

Xəbər 876 dəfə oxunub.




14.06.2024  12:38 

Sabahdan bayram tətili başlayır


BÜTÜN XƏBƏRLƏR +