Sidebar

Bakıda xəstəxanada xəstə boğazını kəsərək intihar edib

Hadisə
Font Ölçüsü

 

Bakıda xəstəxanada intihar hadisəsi baş verib.

Xəzər Rayon Prokurorluğundan bildirilib ki, Buzovna qəsəbəsində yerləşən 7 saylı Vərəm Əleyhinə Dispanserdə müalicə olunan 53 yaşlı Anatoli Mehdiyev həmin səhiyyə müəssisəsində boğazını kəsərək intihar edib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

(report.az)

                                                   

xezer1.jpg

tribuna2.png

TOP 10

xezer1.jpg