Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


01.03.2022  21:43 

Ukraynada “Sakarya taktikası”





A+  A-

Böyük Atatürk “Melhame-i Kübra” (Armageddon, Qiyamət Savaşı) adlandırdığı Sakarya Meydan savaşından bəhs edərkən “Nutuk”da yazırdı: “Xətti müdafiə yoxdur, səthi müdafiə vardır. O səth bütün vətəndir”.

Səth - yəni, ərazi, sahə, meydan, alan, üst tərəf. Maraqlıdır, Azərbaycanda Mustafa Kamal Paşanın bu məşhur sözləri bəzən kökündən təhrif edilir, hətta akademik səviyyəsində. Guya Atatürk “səddi-müdafiə yoxdur, səddi vətən vardır” deyibmiş. Xətt hara, səth hara, sədd hara?

Atatürk “Nutuk”da belə yazıb: “Hattı müdafaa yoktur, sathı müdafaa vardır. O satıh bütün vatandır. Vatanın her karış toprağı vatandaşın kanıyla ıslanmadıkça, terk olunamaz. Onun için her birlik, bulunduğu mevziden (mövqedən) atılabilir. Fakat küçük büyük her birlik, ilk durabildiği noktada tekrar düşmana karşı cephe teşkil edip muharebeye devam eder. Yanındaki birliğin çekilmeye mecbur olduğunu gören birlikler, ona tabi olamaz. Bulunduğu mevzide nihayete kadar direnmeye mecburdur”.

Cəsur Ukrayna xalqı və ordusu da Rusiyaya qarşı qeyri-bərabər döyüşdə “qiyamət savaşı” aparır: nə müasir, nə klassik anlamda cəbhə xətti, müdafiə səngəri var. Ukraynalılar bütün Ukraynanı “səthi müdafiə”yə çeviriblər. Çevik mövqe savaşı və Ukrayna ordusunun qəfil həmlələri qarşısında rus soldatı uduzur, Kreml isə qudurur.

Rus ordusu quruda nəzarətə adətən havada üstünlüyü ələ almaqla nail olur. Məsələn, Suriyada bunun üçün yalnız düşmənin mövqeləri deyil, şəhərlər və dinc sakinləri də vəhşicəsinə bombardman edilir, raket zərbəsinə tutulurdu. Putin indiyədək Ukrayna şəhərlərini bombalayıb yerlə-yeksan etməklə adını tarixə qapqara hərflərlə yazılacağından çəkinirdi.

Amma rus silahının 5 günlük rüsvay və rəzil olmasından, Qərbin kollektiv anti-Putin dirənişindən və qorxunc sanksiyalardan sonra Kremlin sahibi yanacağı bitən qırıcı pilotuna dönüb - artıq tarana gedir. Hər halda, XXI əsrin Hitleri statusunda görünmək vecinə olmamalıdır ki, Xarkovun mərkəzinə, yaşayış binalarına, mülki obyektlərə raket zərbələri endirəsən.

Putin hikkələnib və tam hədəfə kilidlənib - nəyin bahasına olur-olsun Kiyevi ələ keçirməyə can atmaq bütün anlamlarda va-banka getməkdir, yalnız karyerasını deyil, bütün Rusiyanı qumara qoymaqdır...

Belarusdan Kiyevə doğru irəliləyən tank, zirehli maşın, artilleriya və s.-dən ibarət hərbi texnika kolonunun uzunluğu 65 kilometrə çatır. Bəlkə də dünya yaxın günlərdə Avropanın mərkəzində tarixə düşəcək şəhər döyüşünün şahidi olacaq. Kiyevlilər küçə döyüşlərinə artıq hazırdırlar – şəhər uğrunda vuruş çox uzun, qanlı, sarsıdıcı və fəlakətli ola bilər.

Tarixin ironiyasına bax: Rus versus Kiyev - müasir rus dövləti doğulduğunu iddia etdiyi ana şəhərə qarşı.

Dramatik mənzərədir: ya rus “ana”sını ağlar qoyacaq, ya da Kiyev öz doğduğunu 1140 il sonra özü boğacaq...

Qəzənfər Həmidoğlu

Xəbər 1195 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq


BÜTÜN XƏBƏRLƏR +