Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


17.02.2022  13:53 

Ramiz Mehdiyevə hədiyyə olunan hektarlarla torpaqların siyahısı hazırlanır - Fotolar





A+  A-

AMEA-nın istefa ərizəsi yazmış prezidenti Ramiz Mehdiyevin zəbt etdiyi torpaqların siyahısı hazırlanır.

Onun Bakıda, Bakıətrafı rayonlarda və ölkənin demək olar ki, bütün bölgələrində istifadə edilməyən böyük torpaq sahələrinin olması müəyyən edilib.

Məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ölkə ərazisində istifadə edilməyən, vaxtilə kimlərsə tərəfindən zəbt olunmuş və ya icarə müqaviləsi ilə mənimsənilmiş torpaqların müəyyən edilməsi üçün siyahıya alma prosesində çox ciddi məqamlar ortaya çıxıb. Məlum olub ki, təbt olunmuş torpaqların çoxu iri məmurlara bağlıdır. Bu məmurlar arasında Ramiz Mehdiyevin də adı var.
Məlum olub ki, yerli icra başçıları ona hektarlarla torpaqlar bağışlayıblar. Həmin torpaqların çoxu hasarlanıb və istifadə olunmur. Məsələn, təkcə Abşeron rayonu ərazisində 100 hektardan çox, Qaradağda 150 hektara qədər torpaq sahəsi var.
Mənbə bildirir ki, bu torpaqların siyahısı hazırlanır və aidiyyəti qurumlara təqdim olunacaq.



Qeyd edək ki, zəbt olunmuş torpaqların geri alınması, istifadəyə verilməsilə bağlı tapşırığı hələ illər öncə Prezident İlham Əliyev vermişdi.

Sitat:

"İstifadəsiz qalan torpaqlar da kifayət qədər çoxdur. Vaxtilə kimsə onları ya zəbt edib, ya icarəyə götürüb. İcarəyə götürüb və elə də qoyub gedib. Deyir ki, mənim orada, burada torpağım var. Sənin torpağın varsa, get, o torpaqda iş gör. Yəni, hesab edirəm ki, biz istifadəsiz torpaqların taleyi ilə bağlı tədbir görməliyik. Kim torpağı icarəyə götürüb istifadə etmirsə, gərək o icarə müqavilələri ləğv edilsin. O müqavilələr verilsin o torpaqda işləyənə. Yoxsa torpağı götürürlər, ondan sonra təyinatı dəyişdirirlər, daha sonra o torpaqlarda müxtəlif obyektlər tikilir və s. Bu, yolverilməzdir. Yerli icra orqanlarının nümayəndələri nəzarət etməlidirlər. Onların rayonlarında əgər kimsə bu işlə məşğul olursa, buna qarşı tədbir görülməlidir”.



İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlar indi bu məsələnin üstünə düşüblər. İcarə torpaqlarının təyinatına uyğun şəkildə istifadə edilib-edilməməsi yoxlanılır. Eyni amanda həmin torpaqların icarə haqqı və vergisi tələb olunur./Bakupost.az

Xəbər 1193 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq


BÜTÜN XƏBƏRLƏR +