Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


03.12.2021  17:00 

Uşaqların əsəbi olmasının səbəbkarı - ANA





A+  A-

İnsanın sinir sistemi 2 yaşına kimi möhkəmlənir, gələcəkdə insanın stresə qarşı dözümlülüyünün özülü bu yaşa qədər qoyulur.

Beyinin təşvişlə bağlı proqramları, körpənin sinir sisteminin öz-özünü sakitləşdirmək vərdişi avtomatik daxili tənzimləyici ilə idarə olunur.

Ətrafda baş verənlərə qorxu hissi ilə yanaşmaq uşaq anadan olandan 2 yaşa kimi xarakterikdir. Hətta yerində yatanda belə uşaq birdən oyanıb, qorxub ağlaya bilər.
Soyuq, tək olmaq, ac qalmaq, səslər- uşağın qorxu hisslərini yaradır. Uşaq beyninə bu dünyanın təhlükəli olması proqramı yazılır. Bu proqramın yazılmaması üçün ananın üzərinə məsuliyyət düşür.

Uşaq yalnız anasının qucağında, onun təması, səsi ilə sakitləşə bilir. Ona görə ana uşağın hisslərinə köklənməlidir. O, uşağın sinir sisteminin möhkəm olması və stresə dözümlülükdə rol oynayan alın payının formalaşması üçün körpəni vaxtında və düzgün sakitləşdirməli, dünyaya rahat adaptasiya etdirməlidir.

Əgər siz stresə dözümlü, sakit, rahat insan görürsüzsə, bilin ki, onun həyatının ilk 2 ili uğurlu keçib. Onun hissləri düzgün formalaşıb, mühiti sakit olub, anası yaxınında olub və nəticədə parasimtapik sinir sistemi çox gözəl inkişaf edib.

Bəs ana nə etməlidir?


Körpə hər hansı səbəbdən diskomfort, qorxu hiss edib ağlayır və hər hansı siqnal verir. Bu zaman ana körpəyə yaxınlaşıb uşağı vurmaq, danlamaq, qışqırmaq, ağzını yummaq, əsəbi yelləmək və ya ağlayıb özü sakitləşəcəyini gözləyib, yaxın getməmək əvəzinə çox sakit, rahat, gülümsər sima ilə körpəyə yaxınlaşıb, onu qucağına alıb bədəni ilə qorumalı, uşağın emosiyalarını bölüşməli və xoş bir sözlə, musiqi, laylay və ya sadəcə səssiz toxunuşlarla, onu heç bir təhlükə gözləmədiyi siqnalını ötürməlidir.

Hər şey yaxşıdır, ana yanında, sən təhlükəsizlikdəsən, qorxulu heç nə yoxdur emosiyasını uşağa yükləməlidir. Bu zaman parasimpatik sinir sistemi sakitləşir, stress faktoru azalır və uşağın alın payı düzgün inkişaf edir. Belə uşaq böyüyəndə 10, 20, 30 yaşında belə stresli vəziyyətə düşəndə avtomatik bu sistem işə düşüb, təşviş və oyanıqlığı təcili yardım kimi söndürəcək.

Beləliklə, insanın təşvişli, qorxaq, həyəcanlı,nevroz olub-olmaması körpəlikdə müəyyən olunur, burda uşağın olduğu mühitin, ailənin və ananın rolu var.

Qədimdə qadınlar 2 yaşa kimi körpəni əkin-biçinə gedəndə belə kürəyinə bağlayar, onları 2 yaşa kimi əmizdirər və yatanda qucaqlarına sıxıb yatardılar. Ən doğru yol da budur.

Bu məqamlar böyüyən uşağın sinir sisteminin möhkəmlənməsi üçün vacibdir. Belə uşaqlar dünyada daha əmin əldə olduqlarını şüuraltına yazır, əsəbləri möhkəm olur, böyüyəndə hər xırda şeydən qorxmur, əsəbləşmir, nevroz olmurlar./Medicina.az

Xəbər 1150 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +