Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


02.12.2021  23:38 

İrəvan Soçi razılaşmasını pozur: Əliyevin mesajı tətbiq edilə bilər





A+  A-

Dekabrın 1-də üçtərəfli İşçi Qrupunun Moskvada baş tutan görüşündə razılaşma əldə olunmayıb: Soçidə Putinin açıqlamasından çıxan nəticə belə idi ki, kommunikasiyanın bərpası ilə bağlı razılaşmlara İşçi Qrupunun görüşündə yekun vurulacaq və rəsmiləşəcək;

Ermənistanın Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan isə görüşdə razılaşmanın olmadığını bildirib. Onun sözlərinə görə, Azərbaycan müqaviləyə Ermənistan üçün qəbuledilməz olan “dəhliz” məsələsini daxil etməyə çalışır.

Qriqoryanın sözlərindən iki nəticə çıxır:

1. İşçi Qrupu müqavilə üzərində işləyir və bu, böyük ehtimalla kommunikasiyanın bərpa edilməsi qrafikinə aiddir;
2. Rəsmi Bakı 10 noyabr razılaşmasında etmədiyini indi edir: Zəngəzur dəhlizini rəsmiləşdirir;

İrəvan bununla təkcə Bakı yox, Moskvaya qarşı da çıxır. Çünki Soçi görüşündə iki nəticə əldə edildi.

- sərhədin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın yaradılması: bu, yekun bəyanata daxil edilib;

- kommunikasiyanın açılması üzrə prosesə yekun vurulması: bu, yekun bəyanata daxil edilmədi və məsələ İşçi Qrupunun bu həftə nəzərdə tutulan görüşünə həvalə olundu;

Putinin çıxışında “dəhliz” ifadəsinə istinad etməsi və “Gələn həftə, - bu, bizim növbəti razılaşmadır, - üçtərəfli İşçi Qrupu müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdığımız və qəbul etdiyimiz qərarları elan etmək üçün Moskvada toplaşacaqlar” açıqlaması deməyə əsas verir ki, Soçidə şifahi razılaşma məhz Bakının mövqeyi kontekstində əldə olunub.

Əliyevin bir gün sonra İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətləri Zəngəzur dəhlizindən istifadəyə dəvət etməsi də Soçi görüşünün nəticəsinə uyğun çıxış etməsi idi.

İşçi Qrupunun görüşündə İrəvan prosesi pozub. Yaxın vaxtlarda növbəti görüşün keçiriləcəyi gözlənilir və məsələ yenidən müzakirə olunacaq. Paşinyanın Soçi razılaşmasını pozması İrəvanın gözləntilərindən irəli gəlir: 10 dekabrda Baydenin demokratik sammitinə Ermənistan da dəvət edilib; 15 dekabrda Brüsseldə Avropa İttifaqının quracağı masa var;

Ermənistan bu görüşlərə ümid etdiyi üçün Moskvada “yox” deyə bilir. Və bu proses Əliyevin Soçidə verdiyi mesajın – regionda təhlükəsizlik razılaşmaların nəticələrinin icrasından asılıdır – praktiki tətbiqinə zərurət yarada bilər.

Asif Nərimanlı


Xəbər 943 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +