Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


28.10.2021  14:46 

İşdən çıxarılan müəllimlər etiraz aksiyası keçirir - Milli Məclis qarşısında





A+  A-

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin işdən çıxarılan müəllimləri Milli Məclis qarşısında aksiya keçiriblər.

20-yə yaxın müəllimi Milli Məclisin qəbul şöbəsində qəbul ediblər. Onların problemləri dinlənilib.

Bildirilib ki, müəllimlərə qarşı qeyri-etik ifadələri ilə tanınan kollecin direktoru Nərmin Qaralovanın hələ də o vəzifəni icra etməsi təəssüf doğurur. Müəllimlərə söz verilib ki, problemlə bağlı aidiyyəti orqanlar məlumatlandırılacaq.

İşdən qanunsuz olaraq çıxarıldığını iddia edən müəllimlər Milli Məclisdən sonra Təhsil Nazirliyinə yollanıblar.

Qeyd edək ki, bir neçə aydır ki, Humanitar Kollecində gərginlik davam edir. Kollecin direktoru Nərmin Qaralova 67 müəllimi işdən uzaqlaşdırıb. Onlara müddətli müqaviləyə imza çəkməyi tələb edib. Buna etiraz edən müəllimlər tədris prosesindən uzaqlaşdırılıb. Sonradan müxtəlif üsullarla, təzyiq vasitələrilə bəzi müəllimlər direktorun tələblərini yerinə yetirib. Qalan əksər müəllimlər isə hələ də qeyr-müəyyənlik içərisindədirlər.

Onların adları işdə getsə də, kollecə buraxılmır, dərs saatları isə demək olar ki, boş keçir. İşdən əmrlə çıxarılan iki müəllim isə məhkəməyə müraciət edərək, əmri ləğv etdiriblər. Amma məhkəmə qərarının olmasına baxmayarq, həmin müəllimlər hələ də dərsə buraxılmır.

Uzun illər bu təhsil müəssisəsində çalışan müəllimlər bütün aidiyyəti qurumlara müraciətlər ediblər. Onlar direktorun qanunsuz əməlləri ilə bağlı təkzibedilməz faktlar irəli sürüblər. Lakin bunların heç biri nəzərə alınmayıb.

Özünü Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyevanın yaxın adamı kimi təqdim edən Nərmin Qaralovanın bu əməllərinə heç bir hüquqi qiymət verilmir.

Bu ilin fevralında müəllimlərlə ədəbsiz danışması ilə, tələbəyə “şam tutan” deməsilə gündəmə gələn, bununla da Azərbaycanın bütün təhsil sistemini biabır edən bir şəxsin heç nədən çəkinmədən, heç bir qanun tanınmadan, Əmək Məcəlləsinin müvafiq bəndlərini kobudcasına bozaraq onlarla müəllimi işsiz qoyması çox ciddi bir sual yaradır: bir direktorun bu qədər özbaşınalığına göz yumulması nə ilə əlaqədardır?

Doğrudanmı onun arxasında elə bir güc dayanır ki, ölkənin bu həssas dönəmində, bu qədər ziyalını işsiz qoyur? Özü də qanunsuz, özü də onlara maddi və mənəvi ziyan vuraraq, onları əskildərək, onlara psixoloji terror edərək, ən nalayiq ifadələr işlədərək...
Sabiq Baş Prokurorun qohumu olan Nərmin Qaralovaya bu səlahiyyətləri kim verib, görəsən? /BakuPost.az/


Xəbər 959 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +