Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


04.10.2021  09:02 

Kitabları atmayın! - İNCƏ BAXIŞ





A+  A-

Orta məktəbdə oxuduğum illərdə "Dünya ədəbiyyatı” seriyası çap olunurdu. Köhnə pal-paltardan ibarət "makulatura” təhvil verib həmin kitablara abunə olmaq mümkün idi. Qohum-əqrəbadan yığdığım 25 kq pal-paltarı təhvil verib seriya üçün yazıldım. Dünya klassiklərinin ən maraqlı kitablarını əldə etmək şansı qazandım. İndi də o əsərlər kitabxanamın bəzəyidir.

Üzeyir bəy haqqında nəşr də...

Facebook-da həmkarlarımdan biri atılmaq üçün küçəyə qoyulmuş kitabların şəklini paylaşıb. Qalaq-qalaq yığılan nəşrlərin lap üstündə Üzeyir Hacıbəyov haqqında kitab, həmçininTeoderDrayzerin "Kerri bacı” romanı diqqətimdən qaçmadı. Təxminən 100-ə yaxın kitabla birlikdə bunlar dayararsız əşya kimi zibilliyə atılmaq üçün qoyulmuşdu. Vaxtilə həmin kitabları, bəlkə də, həvəslə yığan, pul verib kitabxana quran adamın birdən-birə onlara nifrət dolu münasibətini anlaya bilmədim. Ən azı, kitabları kiməsə bağışlamaq, hər hansı məktəb və ya şəhər kitabxanasına təhvil vermək olardı. Bildiyim qədər, Milli Kitabxananın belə bir şöbəsi var: atılmaq təhlükəsi ilə üzləşən ədəbiyyatı qəbul edir. Kitabların bağışlanması ilə bağlısosial şəbəkələrdə yerləşdirilən elanların da izinə düşmək çətin deyil. Bəzilərinin kitabdan qurtulmağın yolunu onu zibil yeşiklərinin yanında atmaqla tapması adamı təkcə narahat etmir, həm də düşündürür. Heç şübhəsiz, həmin şəxsnə oxuduğu kitabın məzmununuanlaya bilib, nə də ümumiyyətlə, kitabın nə demək olduğunu dərk edib.

Yollar çoxdur

Kitabı gərəksiz əşya kimi atmağın yox, paylaşmağında onlarla yolu var. Məsələn, son illərdə Moskvada "Bookcrossing” kitab mübadiləsi populyarlıq qazanıb. Metrolardan başlayan hərəkatın mahiyyəti sadədir. Bir kitabı oxuyan adam onu ​​izdihamlı bir yerə buraxır. Bu yer park da ola bilər, kafe də, ictimai nəqliyyat da. Sonra onu başqası tapıb götürür. Oxuduqdan sonra kitabı növbəti oxuculara buraxır. Beləliklə, kitabı almağa və atmağa ehtiyac qalmır.

Bir çox ölkələrdə ayrı-ayrı məkanlarda kitab rəfləri də qurulub. Buyaxınlarda Lvovda da belə təcrübə ilə rastlaşdım.

Digər bir təcrübə - "Kitablara ikinci həyat” şüarı ilə bəzi şəhərlərdə ictimai kitab şkaflarının yerləşdirilməsidir. Bu şkaflar əhalidən kitab qəbulu üçün nəzərdə tutulub. TV və radiolarda, həmçinin sosial şəbəkələrdə həmin ünvanların vaxtaşırı elanı verilir, internetdə telefon nömrələri yerləşdirilir.

Yaxşı təcrübə

Bizim şəhər və rayonlardaheç olmasa faydalı təcrübələri təkrarlaya bilərlər. Hamı kitab mağazalarına və ya kitabxanalara getmir, bəzilərinin evdə kitabları belə yoxdur. Pulsuz kitablar kiminsə zövq almasına və oxumağa marağının yaranmasına səbəb ola bilər. Ən əsası, kitablar lazımsız əşya kimi küçələrə atılmaz...

Təranə Məhərrəmova


Xəbər 2173 dəfə oxunub.




14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +