Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


09.01.2019  12:14 

“O müəllim tələbələri mitinqə və iğtişaşa təhrik edir” - Kamal Abdulla





A+  A-

“Kimi işdən çıxarırsan deyir ki, ya intihar edəcək, ya da prezidentə məktub yazacaq”.
XəzərNews.az xəbər verir ki, bunu Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla jurnalistlər ücün təşkil edilən mətbuat konfransında deyib.

O, son günlər ADU-da baş verən məsələlərə aydınlıq gətirib.

“Söhbət iki xanimdan gedir. O məsələlərdən biri məhkəmədə olduğu üçün geniş danışmaq istəmirəm. Elmira Baxşəliyeva deyir ki, haqsız olaraq vəzifəsindən kənanlaşdırılıb. Həmin şəxs başqa vəzifəyə keçirilib.Bu barədə əmr də var. Onun da səbəbi var. Bu xanım neçə illər burada işləyib, ona gözün üstə qaşın var deyən olmayıb. Bir ildə üç dəfə laborantları məzuniyyətə göndərib. Bu iqtisadi və siyasi pozuntudur və birbaşa saxtakarlıqdır. Yaşı da keçib. Ali savadı yoxdur, mənə dedilər ki, masaj kursunu bitirib. O, laborantların sənədinə baxıb. Qol çəkdiyi sənəddə maaşın miqdarını göstərməyib”.

Rektor universitetdə qohumlarının işləməsi ilə bağlı ittihamlara da cavab verib:

“Bu universtitetdə cəmi bir qohumum işləyir. O da professor Azad Məmmədovdur. Kafedra müdiridir, məndən əvvəl burada işləyib. İkinci bir yaxınımın burada işlədiyini mənə kimsə deyə bilməz. Nəzərinizə çatdırım ki, ADU-da 17il işləmişəm. İlk təcrübəmi burada toplamışam və dostlarımın olması normaldır. Gərginliyi aradan qaldırmaq üçün tanıdığım insanlarla işləməli idim.

K. Abdulla əlavə şöbələrin yaradılması məsələsinə də toxunub:

“Bu ittihami irəli sürənlər cəmiyyəti çaşdırmaqdan başqa bir iş görmürlər. Həmin ixtisasların öyrənməsi xarici dili mənimsəyə yaxşı kömək edir. Universitetdə xarici dili bilən və bilməyən tələbələr var. Mən il yarım burada işləyirəm. İstəsəm də tələbələrin savadsız olmasına məsul ola bilmərəm. Çünki tələbələrə dərs dediyi üçün onlar məsuliyyət daşıyır. Universitetin baş mühasibini işdən çıxarmışam. Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyliyə açıq dərslərin təşkilində buraxdığı səhvlərə görə töhmət vermişəm. Bu ittihamları niyə ona töhmət verəndən sonra qaldırır? Dedikəri böhtandır. Mən istəsəm də tələbəni zay edə bilmərəm. Çünki bir il yarım əvvəl bura təyin olunmuşam. Bir müəllim var ki tələbələri imtahanla təhdid edir. Söhbət Vüsalə Mürsəlovadan gedir. Bunun səs yazısı da var. O müəllim tələbələri mitinqə və iğtişaşa təhrik edir".

Xəbər 1314 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +