Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


23.05.2018  15:52 

Nazirin oğluna xəbərdarlıq edildi: “Oyun oynamağa cəhd etmə”





A+  A-

Tanınmış britaniyalı avtoidman eksperti Co Seyvard öz bloqunda Bakıda “Formula-1” yarışlarının təşkilatçılarına xəbərdarlıq edərək “Liberty Media” (yarışların sahibi) şirkəti ilə müqavilənin şərtlərinə yenidən baxmaq cəhdlərindən əl çəkməyə çağırıb.
XəzərNews.az Virtualaz.org-a istinadən xatırladır ki, “Baku City Circuit” (“Bakı Şəhər Həlqəsi”) şirkətinin direktoru, idman və gənclər nazirinin oğlu Azad Rəhimov bir neçə dəfə xarici KİV-lərə Azərbaycanda “Formula-1” yarışlarının keçirilməsinə dair müqavilənin şərtlərinə yenidən baxmaq lazım olduğunu bildirib. Çünki Azərbaycan bu yarışlar üçün başqalarından ikiqat çox ödəyir. Bakıda “Formula-1” yarışlarının keçirilməsi üçün müqavilənin müddəti 2020-ci ildə başa çatır, razılaşmaya görə müqavilənin daha 5 il uzadılması nəzərdə tutulur.

“Məlumdur ki, “Gran Pri Azərbayan” promouterləri “Liberty Media” şirkəti ilə müqaviləyə yenidən baxmaq istəyirlər, maraqlıdır, amma Bakı şəhər yarışlarının gələcəyi üçün çox təhlükəlidir”-Co Seyvard yazıb.



Ekspert xatırladıb ki, Azərbaycanla müqavilə 10 illikdir, amma “Formula-1”in bəzi müqavilələrində olduğu kimi şərtlərin dəyişməsi halında müqavilənin vaxtından əvvəl pozulması mümkündür. Bu opsionu son yarışa iki il qalmış aktivləşdirmək lazımdır, ona görə də müqaviləni 2020-ci ildə pozmaq üçün vaxt artıq keçib.

Ekspert yazır ki, “Formula-1” sahibləri ikili mövqe tutublar. Bakıdakı yarışlar yaxşı gəlir gətirir, amma Azərbaycan hər il cənab Briatora, (“Reno” komandasının keçmiş rəhbəri Flavio Briator) böyük məbləğ ödəyir, hansı ki, o tərəfləri bir-birinə calaşdırıb.

Sitat: “Problem bundan ibarətdir ki, “Liberty Media” şirkətində yarışların Azərbaycan kimi ölkədə keçirilməsindən o qədər də məmnun deyillər, amma bu onlara Bakıdan yaxşı pul götürməkdə mane olmur. Bununla belə yaxşı alternativ yaransa “Liberty Media” yarışların keçirilməsi üçün başqa yer seçəcək.



Bakı yarışları Berni Ekklstounun vaxtında yaranıb, amma “Liberty Media” şirkətinin bu yarışlarla bağlı başqa mövqeyi var. Bakıda yəqin belə hesab edirlər ki, Böyük Britaniya Qran-Pri promouterləri kimi hərəkət edə bilərlər, amma belə fikirləşmək ağlasığmazdır. Britaniyalılar da bu yaxınlarda müqavilənin pozulması opsionunu aktivləşdiriblər, amma söhbət tamam ayrı haldan gedir. Silverstoun təqvimin dəyişmək hissəsidir və ona alternativ yoxdur.

Azərbaycan belə görünür ki, yarışlardan məmnundur. Çünki turistlərin sayının 20 faiz artdığı bildirilir və bu artımın davam edəcəyi gözlənilir. Lakin bu bahalı yarışdır və Bakı pulu ödəmək istəmirsə “Formula-1” çıxıb gedəcək. Hansı ki, dəfələrlə belə hallar olub. Bəli, Bakıda maraqlı yarışlar keçirilir, amma bu Monako, Silverstoun və ya Spa deyil. Bu Qran-pri “Formula-1” üçün elə də böyük əhəmiyyət kəsb eləmir. Ona görə də ən yaxşısı budur ki, Azərbaycan indiki şərtlərə əməl etsin və rəhbərliklə oyun oynamağa cəhd eləməsin”.

Xəbər 1377 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +