Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


23.02.2018  09:26 

Gələn il Azərbaycanda parlament seçkisi olacaq?





A+  A-

Azərbaycanda prezident seçkilərindən sonra parlament seçkiləri də irəli çəkilə bilər.
XəzərNews.az xəbər verir ki, bu haqda məlumatı “Yeni Müsavat” yayıb. Qəzet bildirir ki, Milli Məclis üzvlərinin yeni seçimi 2019-cu ildə baş tutacaq. Növbədənkənar parlament seçkilərinin gələn il keçirilməsi gözlənilən bələdiyyə seçkiləri ilə eyni vaxta salınması nəzərdə tutulur. Bununla həm də seçki prosesinə çəkilən xərclərin azaldılmasının hədəfləndiyi bildirilir.

Azərbaycan müxalifəti üçün parlament seçkilərinin irəli çəkiləcəyi gözlənilən variantdır. ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, Azərbaycan Konstitusiyasına edilən dəyişikliklərdən sonra Milli Məclisin yenidən formalaşdırılması bir zərurətə çevrilib: “Yeni konstitusiyaya uyğun olaraq yeni parlament seçilməlidir. Çünki indiki parlamentin fəaliyyəti ilə yeni konstitusiya arasında ziddiyyət var. Yəni Milli Məclis indi qeyri-qanuni fəaliyyət göstərir”.

Partiya sədrinin fikrincə, yeni parlament seçkiləri növbədənkənar prezident seçkiləri ilə eyni vaxtda keçirilsə, daha yaxşı olardı: “2019-cu ilədək gözləməyə ehtiyac yoxdur, yeni parlamen seçkiləri ən qısa müddətdə keçirilməliydi. Daha yaxşı olardı ki, prezident seçkiləri ilə eyni vaxtda salınsın. Amma salınmadı, heç olmasa prezident seçkilərindən dərhal sonraya təyin olunmalıdır”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də hesab edir ki, növbədənkənar parlament seçkiləri gələn ilə saxlanmamalıdır: “Düşünürəm ki, bələdiyyə seçkilərinə qədər gözlənməyəcək, elə bu ilin payızında yeni parlament seçkiləri keçiriləcək”.

Milli Məclisin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu isə hesab edir ki, parlament seçkilərinin irəli çəkilməsi üçün zərurət yaradacaq əsas yoxdur: “Düzdür, belə bir qərarın olacağını istisna etmirəm. Ola bilər, çoxluğun iradəsi ilə belə qərar qəbul olunsun. Amma hesab edirəm ki, bu, zəruri addım olmayacaq”.

Xəbər 1104 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq


BÜTÜN XƏBƏRLƏR +