Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


25.08.2017  13:29 

Amaşovdan Mehman Əliyevlə bağlı prezidentə - Müraciət





A+  A-

Azərbaycan Mətbuat Şurası “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevlə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
XəzərNews.az xəbər verir ki, müraciətdə bildirilir:

“Sizin Azərbaycan mediasına, onun problem və çətinliklərinin aradan qaldırılmasına, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönələn həssas münasibətiniz ölkəmizdə mövcud istiqamətdə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu dəst-xəttiniz jurnalistlərimiz tərəfindən dərin rəğbət və ehtiramla qarşılanmaqdadır. Media ictimaiyyətimiz eyni zamanda söz və ifadə azadlığının dərinləşməsinə yönələn səmimi mövqeyinizi görür, yüksək qiymətləndirir, səsləndirdiyiniz fikirləri özünün fəaliyyət platforması kimi qəbul edir. Qətiyyətlə demək olar ki, siz azad sözün, müstəqil fikrin müdafiəçisi olan işıqlı lidersiniz. Buna görə də jurnalistlər sizi özlərinin dostu hesab edirlər və heç şübhəsiz, bu dostluq əbədidir.

Bildiyimiz kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin müstəqilliyi uğrunda mücadilənin geniş vüsət aldığı bir dövrdə prosesin ilhamvericisi qismində çıxış edən media orqanlarımız da təşəkkül tapmağa başladı. Bunlardan biri də “Turan” İnformasiya Agentliyidir. Agentlik həmin mərhələdə Azərbaycanla bağlı başlıca informasiya mənbələrindən biri olmaqla yanaşı, eyni zamanda daxili ictimai-siyasi mühitin formalaşmasına da mühüm töhfəsini verdi. Mövcud xüsusda “Turan”ın baş direktoru Mehman Əliyevin də əməyi vurğulanmalıdır. O, özünü cəmiyyətə peşəkar jurnalist olaraq təqdim etdi.

M. Əliyevə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Hazırda o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, araşdırmalar gedir. Sizə müraciət ünvanlamaqla hər zamankı hümanizminizə, insanpərvər mövqeyinizə güvənirik. İnanırıq ki, bu mövqeyinizi “Turan” İnformasiya Agentliyinin rəhbərinə münasibətdə də görəcəyik.

Möhtərəm Prezident, xahiş edirik ki, M.Əliyevlə bağlı insidentin Azərbaycan qanunları çərçivəsində ədalətli həllini tapmasına köməyinizi əsirgəməyəsiniz. Həssas yanaşmanızın yaranmış problemin aradan qaldırılmasında həlledici rol oynayacağına əminik”.

Xəbər 963 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq


BÜTÜN XƏBƏRLƏR +