Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


17.08.2017  18:03 

Nailin qəzasının videosunu kim gizlədib? - Polisdəki adamın adı bəlli oldu





A+  A-

Ötən həftənin media gündəmini zəbt edən baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törətməsi bəzi dairələrin, o cümlədən millət vəkillərinin də hadisəyə münasibət sərgiləmələri ilə yadda qaldı.
XəzərNews.az Avropa.info-ya istinadən xəbər verir ki, əslən Cəbrayıl rayonundan olan deputat Astan Şahverdiyevin isə heç nəyə “dərman” olmayan, əslində müdafiə xarakterli bəyanatı məsələnin daha da gərginləşməsinə əsas verdi. Astan Şahverdiyevi baş nazirin müavinini,eləcədə “Qaçqınkom”-un sədrini müdafiə etməsinə nə vadar edirdi?

Saytın əldə etdiyi məlumata görə, Astan Şahverdiyev özünün və qohumlarının əldə etdiyi bütün imtiyazları məhz baş nazirin müavini Əli Həsənovun sayəsində əldə edib. Astan Şahverdiyevin qardaşı Araz Şahverdiyev Cəbrayıl rayon polis idarəsinin rəisidir, o cümlədən digər qardaşı oğlu Eyvaz Şahverdiyev isə Bakı Şəhər Dövlət Yol Polisi rəisinin müavinidir. İddialara görə, qəza hadisəsi baş verən gün sükan arxasında olan şəxsin Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olmasını məhz Eyvaz Şahverdiyev gizlədə bilib. Eyvaz Şahverdiyevin Bakı Dövlət Yol Polisində intelektual idarəetməyə cavabdeh olduğu və bütün kameralara nəzarətin birbaşa bu şəxsin nəzarətində olduğu qeyd edilir. Lakin sonradan məsələnin daha da böyüməsi və Dövlət Yol Polisinin araşdırmaları nəticəsində əsl həqiqət üzə çıxıb. Qeyd edək ki, hadisə baş verəndən bir gün sonra, deputat Astan Şahverdiyev də Nail Allahverdiyevin hadisə yerində olmadığını, avtomobili onun idarə etmədiyini bildirirdi.

Daha maraqlı məqamlardan biri isə baş nazirin müavini kimi Əli Həsənovun sədr olduğu Narkomanlığa qarşı mübarizə üzrə dövlət komissiyasında da Astan Şahverdiyevin digər qardaşı oğlu Fərid Şahverdiyevin işləməsidir. Fərid Şahverdiyev Əli Həsənovun rəhbərlik etdiyi komissiyada yüksək vəzifə tutur.

Bundan başqa, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı olan, məlum hadisələrlə bağlı hal-hazırda həbs olan Vüsal Ələkbərovun da Astan Şahverdiyevin qardaşının kürəkəni olduğu bildirilir. Beləliklə Əli Həsənovun himayəsi altında bütün qohum əqrabalarına vəzifə verdirən Astan Şahverdiyevin Əli Həsnovu müdafiə etməsində səmimiyyət yox,digər amillərin olduğu ortaya çıxır.

Xəbər 1133 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq


BÜTÜN XƏBƏRLƏR +