Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


01.07.2017  11:25 

Deputatın rəis qardaşının həbs xəbəri yayıldı - Milyon dollarlıq əməliyyat...





A+  A-

Azərbaycan-Gürcüstan sərhədindəki Sadaxlı Gömrük Postunun rəisi Mehmandar Həsənov saxlanılıb. Onun iş yerində, maşınında və evində axtarış aparılıb.
XəzərNews.az musavat.com-a istinadən xəbər verir ki, əməliyyatı Dövlət Təhlükəsilzik Xidmətinin əməkdaşları gerçəkləşdirib. İddia olunur ki, M.Həsənovun maşınından 100 min, Ağstafadakı evindən isə 800 min dollar götürülüb. Əməliyyat zamanı gömrük postunun rəisi ilə yanaşı, bir neçə qaçaqmalçı da saxlanılıb. Həmin şəxslərin mütəmadi olaraq Azərbaycandan Gürcüstana və geriyə qaçaqmal daşıdıqları, əsasən ölkədən böyük məbləğlərin çıxarılması ilə məşğul olduqları haqda məlumatlar var.

Bildirilir ki, M.Həsənovun həmin şəxslərə dəstək verdiyi haqda çox ciddi məlumatlar olduğundan məsələ araşdırılıb və əməliyyatın gerçəkləşdirilməsi qərarı verilib. Əməliyyat zamanı M.Həsənovla yanaşı, 4 şəxs də tutulub. Həmin şəxslərin Gəncə sakinləri olduqları da bildirilir. Hazırda M.Həsənov istintaqa cəlb olunsa da, barəsində həbslə əlaqəli olmayan tədbir seçilib. 4 Gəncə sakini isə həbsdədir. Tutulanlar ölkədən külli miqdarda pul vəsaitlərini - əsasən dollar şəklində çıxarıb və ölkəyə qaçaq yolla mobil telefon, psixotrop maddələr daşıyıblar. Ağstafada dolaşan söhbətlərdən belə aydın olur ki, M.Həsənov ona etibar edilən postdan tez-tez öz şəxsi maraqları üçün istifadə edib. Onun tapşırığı əsasında istənilən maşın heç bir yoxlama aparılmadan Gürcüstan ərazisinə adlaya bilib. Gürcüstan tərəfindəki postdan belə həmin maşınların yoxlamasız keçməsini M.Həsənov təmin edə bilirmiş. İddialara görə, M.Həsənovun özünün xüsusi maşınları olub. Həmin maşınlar Gürcüstana və geriyə heç bir yoxlamadan keçmədən sərbəst hərəkət edə bilirmiş. Həmin maşınlar vasitəsilə daşınınların nədən ibarət olmasını istintaq araşdırır.

Qeyd edək ki, 2013-cü ilin sentyabrında Gürcüstan-Ermənistan sərhədindəki Sadaxlı gömrük-buraxılış məntəqəsinin rəisi Kaxaber Musenidze saxlanılmışdı. Məntəqə rəisi Kaxaber Musenidze vəzifəsindən sui-istifadə ittihamı ilə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdu. Həmin dövrdə yayılan məlumatlarda bildirilirdi ki, istintaq nəticəsində gömrük-buraxılış məntəqəsinin növbə rəisi Kaxa Arçvadze də cinayət məsuliyyətinə cəlb edilib. “İstintaqın gedişi zamanı məlum olub ki, 2013-cü il sentyabrın 21-də Sadaxlı gömrük-buraxılış məntəqəsinin rəisi Kaxaber Museridzenin tapşırığı ilə məntəqənin növbə rəisi Kaxa Arçvadze vəzifəsinin icrası zamanı müvafiq gömrük və baytarlıq sənədləri olmadan satış məqsədilə müxtəlif növ dekorativ quşlar yüklənmiş və ümumi dəyəri 10 min 103 lari (6 min dollara qədər) olan, iş adamına məxsus avtomobili gömrük yoxlama və nəzarəti olmadan buraxıb”, deyə nazirliyin məlumatında bildirilirdi.

Qeyd edək ki, M.Həsənov YAP-ın Siyasi Şurasının üzvü Məlahət İbrahimqızının (Həsənova) qardaşıdır.

Xəbər 1884 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +