Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


06.04.2017  14:48 

Avropa Məhkəməsi Azərbaycanı cərimələdi





A+  A-

Avropa Məhkəməsi bu gün 11 iş üzrə qərarlarını elan edib.
XəzərNews.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə vəkil Əsəbəli Mustafayev məlumat verib.

Onun sözlərinə görə, həmin 11 işdən 9-u onun apardığı proses olub: "Bu gün Avropa Məhkəməsi 11 ərizəçinin işi üzrə qərarlarını elan edib. Onlardan 9 ərizəçinin hüquqlarını mən müdafiə edirdim.

Bu ərizəçilər aşağıdakılardır:

Səxavət Mehdiyev - Mənəvi və maddi zərərə görə kompensasiya 6480 avro
Azər Sadıqov - 6480 avro
Osman Əhmədov - 6480 avro
Tuncay Quliyev - 6000 avro
Cavid Hacıbəyli - 6000 avro
Tural Sadıqlı - 6000 avro
Kəmalə Xəlilova - 6000 avro
Orxan Eyyubzadə - 6000 avro
Vüsal Bayramov - 8850 avro

Bu işlər üzrə ümumilikdə hüquqi xidmətə görə əlavə olaraq 9 400 avro ayrılıb. Digər vəkillərin apardıqları daha iki iş üzrə də qərarlar elan olunub.
Xədicə İsmayılova – mənəvi ziyana görə 4000 avro və hüquqi xidmətə görə 2000 avro, Cavid Qarayev - mənəvi ziyana görə 4000 avro və hüquqi xidmətə görə 2000 avro ödənilməlidir. Ödəniləcək kompensasiyaların cəmi 79 690 avro.

Beləliklə də bu günə qədər Avropa Məhkəməsinə göndərdiyim 325 şikayətdən qələbə ilə yekunlaşan işlərin sayı 106-ya çatdı. Bunlar hamısı İntiqam Əliyev məktəbinin məhsullarıdır".

Xəbər 1018 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq


BÜTÜN XƏBƏRLƏR +