Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


01.04.2017  15:31 

Ordu generalı çevriliş cəhdindən əvvəl Azərbaycanda kimlərlə DANIŞIB...





A+  A-

Türkiyədə ötən il iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdinin “1 nömrəli”si hesab edilən ordu generalı, Yüksək Hərbi Şuranın üzvü olmuş Akın Öztürkün həmin ərəfədə apardığı telefon danışıqları açıqlanıb.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu telefon danışıqlarına dair dəlillər Ankara Cümhuriyyət Prokurorluğunun general Öztürk barədə hazırladığı ittiham aktına daxil edilib. Belə məlum olur ki, hərbi çevriliş cəhdinin başında dayanan “1 nömrəli fiqur” hesab edilən general Öztürk həmin ərəfəsində Azərbaycandakı şəxslərlə də telefon danışıqları, yazışmalar aparıb. Bu haqda “Hürriyet”in məqaləsində deyilir.

Türkiyə rəhbərliyi həmin hərbi çevriliş cəhdinin fətullahçı terror təşkilatı FETÖ tərəfindən planlaşdırıldığını və həyata keçirildiyini bildirir.

Bu çevriliş cəhdinə görə minlərlə hərbçi, o cümlədən onlarla general həbs olunub. Onların bir qisminin işi üzrə məhkəmə başlayıb, yaxud istintaq tamamlanıb.

General Akın Öztürkün kürəkəni, polkovnik Hakan Karakuş qiyamçıların əsas bazası olan Akıncı Hava Bazasının komandanı olub. F-16 təyyarələri həmin bazadan qalxaraq çevrilişə qarşı çıxanları və hökumət binalarını bombalamışdı. İstintaq müəyyən edib ki, general Öztürk iyulun 13-dən 16-na, yəni həbs olunana qədər Karakuşla və Akıncı bazasının digər zabitləri ilə dəfələrə telefonla danışıb. Habelə məlum olub ki, hərbi qiyam ərəfəsində Öztürk Böyük Britaniya, İrlandiya, İtaliya, Cənubi Koreya, Belçika və Azərbaycanda istifadə olunan mobil telefon nömrələri ilə dəfələrlə zəngləşib, yazışmalar aparıb.

Xatırladaq ki, Türkiyədə ötən il iyulun 15-də baş vermiş uğursuz hərbi çevriliş cəhdinin əsas fiqurantlarından biri hesab olunan AKP başqan yardımçısı Şaban Dişlinin qardaşı, silahlı qüvvələrin Baş qərargahının Strateji Planlaşdırma idarəsinin rəisi olmuş general Mehmet Dişlinin oğlu həmin dövrdə Bakıdakı türk səfirliyində işləyib. Lakin generalın oğlu daha sonra naməlum istiqamətə qaçıb.

İstintaq materiallarında deyildiyinə görə, hərbi çevrilişin uğurla nəticələnəcəyi halda hakimiyyəti ələ keçirəcək Yurtda Sülh Şurasının üzvü olan general Mehmet Dişlinin Türkiyənin Bakıdakı səfirliyində ikinci katib işləyən oğlu Mehmet Beyazit Dişli əvvəlcə “FETÖ mənsubu” kimi vəzifəsindən azad olunub. Ardınca Türkiyə XİN onu geri çağırıb. Lakin diplomat bu tələbə əməl etməyib və Bakını tərk edərək üçüncü ölkəyə qaçıb. Türkiyəyə geri dönməkdən imtina edən Dişli ötən ilin sentyabrında diplomatik xidmətdən xaric olunub.

Xəbər 1062 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +