Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


04.03.2017  15:14 

Məktəblərdə 8 Mart yığımı başladı: “Pul verməyənlər cəzalandırılır...”





A+  A-

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Bəxtiyar Cəfərov adına Xırdalan 3 saylı məktəb-liseyində 8 mart bayramı ilə əlaqədar şagirlərdən pul yığılır.
XəzərNews.az bildirir ki, bu barədə BakiPost.az-a övladları sözügedən məktəbdə oxuyan valideynlər məlumat veriblər. Onların sözlərinə görə, pul liseyin direktoru Sevinc Əliyevanin göstərişi ilə toplanır: "Sevinc Əliyeva məktəbi rüşvət və korrupsiya bataqlığına çevirib. Məktəbdə hər şey rüşvətlə həll edilir.

Qarşıdan gələn 8 mart günü öncəsi pul yığdırır. Bu proses hər il bütün bayramlar öncəsi gedir. Məktəbdə yığılan pullar Sevinc Əliyevaya çatır. Pullar da onun şəxsi göstərişi ilə yığılır”.

Valideynlər qeyd edib ki, direktorun istəyi ilə 9-cu siniflərdə hər şagirddən 30 manat, digər siniflərdə isə hər uşaqdan 25 manat məbləğində pul yığılması tələb olunur.

Şikayətçilər onu da əlavə ediblər ki, direktor Sevinc Əliyeva bayramlarla yanaşı, məktəbin işlərini həll etmək üçün də valideynlərdən pul istəyir: "Məktəbdə hər şey pulla həll olunur. Hətta məktəbə süpürgə, təbaşir və digər ləvazimatlar almaq üçün də bizdən pul istəyirlər. Artıq bezmişik onun əlindən. Buna bir çarə tapılsın”.

Pul vermədikdə ciddi problemlərlə üzləşdiklərini bildirən valideynlər məsələ ilə bağlı dəfələrlə şikayət etdiklərini söyləyiblər: "İcra hakimiyyətində onu qoruyan adam var, ona görə də şikayətlərimizə baxılmır. Bütün aidiyyəti qurumlar yaxşı bilir ki, Sevinc xanım açıq bazar yaradıb. Pul vermək istəməyən valideyinlər hər cür təhqir olunur, uşaqları mxtəlif formalarda cəzalandırılır. Məsəslən, pis sinifə yazılır, müəllim dərs vaxtı ona diqqət eləmir, necə oxumasından asılı olmayaraq, "əla” qiymətdən birdəfəlik məhrum edilir, məktəbdə təşkil olunan tədbirlərə buraxılmır və.s Bu məhrumiyyətlərlə üzləşmək istəməyənlər isə borc da olsa pul tapıb verirlər”.

Məktəbin direktor müavini Jalə Məmişova BakiPost.az-a açıqlamasında deyilənlərin yalan olduğunu bildirib: "Mənim elə bir məlumatım yoxdur. Xəbərimiz olan kimi biz məsələni yerindəcə araşdırıb onu təşkil edənlərlə əlaqə saxlayırıq. Həqiqətən mən pul yığılması barədə eşitməmişəm. Əgər belə bir şey varsa, birinci gün məktəbə müraciət edin. Biz də bunu araşdırarıq”.

Direktor müavini məktəbdə süpürgə və tabaşir pulunun yığılması iddiasına da cavab verib: "Onu kim deyib axı? Bunlar düzgün deyil. Deyilənlərin hamısı boş şeylərdir. İllərdir bizdə elə söhbət yoxdur. Deyilənlərin hamısı məktəbə pulsuz verilir. Bütün siniflərdəki şkafların hamısı təbaşirlə doludur”.

Xəbər 2861 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +