13.02.2017 12:30
Göyçay rayon Mirzəhüseyinli kənd sakinləri XəzərNews.az-ın elektron ünvanına şikayət məktubu göndərib.
Həmin məktubu olduğu kimi təqdim edirirk?
Göyçay rayon Mirzəhüseyinli kənd sakinlərinə məxsus əkin torpaq sahələri bələdiyyə sədri Səyyaf Səmədovun cinayət əməllərinə görə məhv olur. Mirzəhüseyinli kəndinin əkin torpaqlarının suvarılması üçün 1986-cı il tarixdə sovetlər dönəmində Şirvan kanalından uzunluğu 5000 metr olan nikkel metalından yeraltı boru xətti çəkilmişdir. Həmin boru vasitəsi ilə biz Mirzəhüseyinli kənd sakinləri əkinlərimizi rahatca sulayırdıq.Mirzəhüseynli bələdiyyəsinin sədri Səyyaf Səmədov həmin 5000 metr nikkel metalından olan boruları 2 ay öncə saxta akt tərtib edərək texnikalarla qazıb çıxartdırıb satıb talan etmişdir. Həmin talançılıqdan 100.000 manatdan çox gəlir əldə eilmişdir. Nəticədə isə Mirzəhüseyinli kənd camaatının əkin sahələrinin suvarılması dayandırıldı texnikalar əkin yerlərini qazıb taxılı məhv etmişdir. Bu misli görünməmiş cinayətdir ki, bələdiyyə sədri Səyyaf Səmədov həyata keçirmişdir.Həmin torpaqlar bizə aqrar islahatlar zamanı verilmişdir.Qanunu sənədlərimizdə var.Hər il əkib-becərib ailəmizi dolandırırdıq. Başqa iş yerimiz yoxdur ümüdümüz ancaq əkinçiliyə idi. Qarşıdan gələn yaz-yay fəsillərində biz əkinlərimizi sulaya bilməyəcəyik.Buda kənd sakinlərinin acından məhv olmasına gətirib çıxaracaq. Çıxılmaz vəziyyətdə qalmışıq. Bələdiyyə sədri Səyyaf Səmədov Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşxəndə Rəcəbovanın qudasıdır.Buna görə də bu cinayəti bələdiyyə sədri qorxmadan törətmişdir. Bildiririk ki, cinayətkar bələdiyyə sədri barədə tədbir görülməsə Bakı şəhərinə Prezident Administrasiyasının qarşısına gedib sözümüzü prezident cənab İlham Əliyevə çatdıracayıq.
Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova müraciət edib xahiş edirik talançılıq cinayəti törədərək kənd sakinlərinə küllü miqdarda ziyan vurmuş Mirzəhüseyinli bələdiyyəsinin sədri Səyyaf Səmədovun barəsində ciddi tədbirlər görəsiniz.
Azadov Vasif Nizami oğlu
Mustafayev Vüqar Surxay oğlu
Hacıyev Fərid Əlimuxtar oğlu
Əhmədov Tərlan Vidadi oğlu
Soltanov Həmid Feyzulla oğlu
Süleymanov Füzuli Süleyman oğlu
Əliyev Coşqun Firuddun oğlu
Əliyev Vüsal Firuddun oğlu
İsmayılov Amil Alik oğlu
Soltanov Zabit Eynulla oğlu
İsmayılov Nicat Etibar oğlu
Qurbanov Çingiz Qalib oğlu
Kərimov Araz Qüdrət oğlu
İsmayılov Symur Miri oğlu
İsmayılov Tufan Ehtiram oğlu
Əliyev Rafiq Təvəkkül oğlu (050) 718-08-57
|
15.05.2024 00:54
14.05.2024 22:27
Əgər insanın bir yerində nöqsan varsa...-Meyxanaçıdan açıqlama
14.05.2024 22:19
14.05.2024 22:11
14.05.2024 21:58
14.05.2024 21:41
14.05.2024 20:29
14.05.2024 19:42
14.05.2024 19:22
14.05.2024 16:32
14.05.2024 16:28
14.05.2024 16:17
14.05.2024 14:09
İcra başçılarının “YENİ KƏŞFİ”: Antikorrupsiya əməliyyatlarında yaxalanmamaq üçün… – FOTO
14.05.2024 14:06
14.05.2024 12:51
Seçkidə iştirak etmək niyyətim yoxdur - Mirmahmud Mirəlioğlu
14.05.2024 11:57
14.05.2024 11:24
14.05.2024 10:51
13.05.2024 22:01
13.05.2024 21:08
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
13.05.2024 21:02
Qobuda itlərin hücum etdiyi qızın nənəsi hadisə anını danışdı -VİDEO
13.05.2024 20:47
13.05.2024 20:40
13.05.2024 17:12
13.05.2024 16:28
“Paşa Bank” Səlim Müslümovun oğlunu məhkəməyə verdi – Borca görə
13.05.2024 11:24
13.05.2024 11:21
13.05.2024 11:05
13.05.2024 11:02
13.05.2024 09:27
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
13.05.2024 00:10
13.05.2024 00:02
12.05.2024 20:02
İtkin düşən qadın torpağa basdırılmış halda tapılıb -Fotolar
12.05.2024 19:25