Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


04.03.2024  17:01 

“Nar” mükafata layiq görülüb





A+  A-

Müştərilərinə səfrəli qiymətlər təqdim edən “Nar” “Qarabağın dirçəlişinə göstərdiyi dəstəyə görə” “Azerbaijan Business award” mükafatı ilə təltif olundu. Mobil operator işğaldan azad edilmiş ərazilərdə satış və şəbəkə infrastrukturunun genişləndirilməsi istiqamətində səylərinə və Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarının reinteqrasiyası məqsədilə həyata keçirilən layihələrə dəstəyinə görə bu mükafata layiq görülüb.

Müştərilərin etibarlı şəbəkə əhatəsindən faydalana bilməsi üçün mobil operator Şuşa, Xankəndi, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Füzuli, Tərtər və Ağdam şəhərlərində bugünədək ümumilikdə 100-dən çox baza stansiyasını istifadəyə verib. Bununla yanaşı, 2023-cü ilin dekabr ayında “Nar” Xankəndi stadionunda Qarabağ və MOİK komandaları arasında tarixi futbol görüşündə qürurla iştirak edib. Qeyd edək ki, “Nar” Laçın şəhərində satış və xidmət mərkəzini təqdim edən ilk mobil operatordur.

“Nar üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında infrastrukturumuzu genişləndirmək prioritet hədəfimizdir. Biz işğaldan azad edilmiş ərazilərin bərpası və yenidəqurulması istiqamətində həyata keçirilən önəmli layihələrə bundan sonra da öz dəstəyimizi göstərməyə davam edəcək, hər bir müştərimizin xidmətlərimizdən sərfəli qiymətə faydalanmasını təmin etmək üçün bütün mümkün səylərimizi səfərbər edəcəyik. Məhz bu yanaşma bizi sizə ən yaxın edir”, - deyə “Nar”ın baş icraşı direktoru Qunnar Panke mükafatlandırma mərasimində öz çıxışında qeyd edib.

2024-cü ildə şəbəkə infrastrukturunu daha da gücləndirməyi hədəfləyən “Nar” Qarabağın iqtisdibaza stansiyalarının, satış və xidmət mağazalarının sayını artırılmasını bu il də davam etdirməyi nəzərdə tutur.

“Nar” hal-hazırda 2.2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Xəbər 368 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +