Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


28.03.2017  09:33 

“MADE İN ARMENİA” etiketli malı Azərbaycana gətirənlər mütləq cəzalandırılmalıdır!”





A+  A-

“Park Bulvar” və “Gənclik Mall”da fəaliyyət göstərən “OVS” mağazalarında müştərilərə üzərindəki etiketdə “MADE İN ARMENİA” yazılan paltarlar satılması ilə bağlı BakiPost.az saytının tirajladığı xəbər cəmiyyətdə böyük rezonans doğurub.
Mağazanın səlahiyyətliləri hər nə qədər xəbəri təkzib etməyə, sözügedən malların əslində Banqladeşdə istehsal olunduğunu sübut etməyə çalışsa da, çəkilmiş fotolar fakt olaraq ortadadır.
Münaqişə halında olan ölkənin istehsalı olan malın Azərbaycanda satışına görə hüquqi məsuliyyət varmı?

XəzərNews.az bildirir ki, Modern.az-ın məsələ ilə bağlı sualını hüquqşünas Əliməmməd Nuriyev cavablandırıb.
O deyib ki, Azərbaycan və Ermənistan arasında münaqişə yaranan gündən bu günədək iqtisadi əlaqələr yoxdur:

“Nəinki dövlətlərarası, heç müəssisələr arasında da iqtisadi əlaqələrin olması barədə müqavilələr yoxdur. Ölkəmizdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər Ermənistanda fəaliyyət göstərən şəxslərlə hər hansı iqtisadi əlaqədə deyil.
“MADE İN ARMENİA” etiketli malın Azərbaycanda satışı varsa belə, onun ölkəmizə necə gəlməsilə bağlı çoxsaylı suallar meydana çıxır. Eyni zamanda dövlətimiz bəyan edib ki, münaqişə həll olunmayana, Ermənistanın Azərbaycana olan təcavüzü aradan qaldırılmayana qədər iki ölkə arasında iqtisadi, siyasi əlaqələrdən söhbət gedə bilməz”.

Ə.Nuriyev bu hala görə aidiyyatı orqanların məsuliyyət daşıdığını bildirib:
“Düşünürəm ki, bizim gömrük və sərhəd xidmətinin əməkdaşları bu cür malların Azərbaycana daxil olmasına imkan verməz. Əgər belə hal qeydə alınıbsa, bu yalnız qaçaqmal yolu ilə gətirilib. Və mütləq şəkildə İqtisadiyyat Nazirliyinin müvafiq strukturları, gömrük orqanları, sərhəd xidməti tərəfindən araşdırılmalıdır. Bu malların Azərbayana rəsmi şəkildə gəlməsi qeyri-mümkündür. O zaman belə nəticə hasil olur ki, bu mallar ölkəmizə qaçaqmal yolu ilə gətirilib. Bunun ölkəyə daxil olmasına gətirən şəxslər, qurumlar da da mütləq cəzalandırılmalıdır”.

Xəbər 1312 dəfə oxunub.




23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +