İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


14.05.2023  10:03 

SEÇKİ: Türkiyə siyasətini yenidən dizayn edə biləcəkmi?





A+  A-

Türkiyədə sabah keçiriləcək seçki yalnız yeni prezidenti deyil, həm də ölkənin gələcək siyasətində yer alacaq əsas fiqurları müəyyənləşdirəcək, Türkiyə siyasətini xeyli dərəcədə yenidən dizayn edəcək.

İndiki aparıcı fiqurların çoxu uzun zaman siyasi səhnədə olduqlarından qanunların və nizamnamələrin müddət senzi tələbinə əməl etməyə məcburdurlar, üstəlik, mənsub olduqları generasiya fiziki baxımdan da siyasətdən çəkiləcək yaşdadır.

Odur ki, birinci plana olmasalar da, II plana çıxan şəxslər də qalib sayıla bilərlər.

Beyinləri məşğul edən sualların cavabı onlardan asılıdır. Suallar isə çoxdur.

Millətçi kəsimin gələcək lideri kim olacaq- Mansur Yavaş yenidən keçmiş düşərgəsinə qayıdacaq, ya seçkidə olduqca yaxşı performans göstərə bilmiş Sinan Oğan siyasi türkçülüyün yeni lider kimi qəbul olunacaq?

Millətçilər üçün çətir hansı partiya olacaq- MHP bu missiyanı saxlaya biləcək, yoxsa İYİ Partiyaya və ya ATA İttifaqındakı bugünkü marginal qurumlardan birinə ötürəcək?

"Milli görüş" Fatih Ərbakanın simasında özünə yeni lider tapdımı, ya üfüqdə AKP-dən hansısa başqa varis yetişəcək?

Hələ ki "6-lı masa"da təmsil olunan Əhməd Davudoğlu və Ali Babacanı bu rolda görmək çətindir. Hərçənd sədri olduqları partiyaların gələcək parlamentdə təmsil olunma göstəriciləri və AKP ilə gərilmiş münasibətləri seçkidən sonra yumşaltma bacarıqlarından da çox şey asılıdır.

Nəhayət, mərkəz solun, kemalizmin gələcəyi hansı qüvvələrlə, hansı təşkilatlarla təsəvvür olunur? CHP genişlənmiş çətir kimi fəaliyyətini davam etdirmək, yoxsa ənənəvi məcrasına, təbii həcminə qayıtmaq istəyəcək? Birinci halda Mansur Yavaş, ikinci halda Əkrəm İmamoğlu gələcək liderlər kimi qəbul olunacaqlarmı?

Seçkinin necə bitməsindən asılı olmayaraq Kemal Kılıcdaroğlunun gedişinin yaradacağı boşluq Məmləkət və Əkrəm İmamoğlu ittifaqı ilə doldurula bilərmi?

Seçkinin qalibinin kim olması qədər bu sualların da cavabları əhəmiyyətlidir. Yalnız Türkiyə üçün deyil, elə bizim üçün də...

Cəmaləddin Quliyev
Siyasi şərhçi


Xəbər 901 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +