Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


24.03.2023  11:03 

İran Azərbaycanla sərhəddə hansı planı hazırlayır?





A+  A-

"Cənubdan Bakıya qarşı irəli sürülən təhdidlər və iranlı generalların Azərbaycan sərhədinə intensiv səfərləri bu sualı aktuallaşdırır: İran Azərbaycanla sərhəddə hansı planı hazırlayır?

İran sərhəd qoşunlarının komandanı general Əhməd Əli Qudərzi Azərbaycanla sərhəddə gəlib və “Azərbaycan-Ermənista arasındakı olan problemin diplomatik yolla həllinə ümid edirik” deyib, “müharibə və qan heç kimə fayda verməyib” kimi təhdid xarakterli tövsiyə də səsləndirib.

SEPAH-ın quru qoşunlarının komandanı general Məhəmməd Pakpur da İran-Ermənistan və İran-Azərbaycan birgə sərhəd bölgələrinə baş çəkib, “Aşura” adlandırdıqları sərhəd birliyinin döyüş qabiliyyətini yoxlayıb".

XəzərNews.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı Feysbuk hesabında qeyd edib.

Onun sözlərinə görə, son dövrlər daha çox videobloqerliklə məşğul olan SEPAH-ın Araz sahili üzərindən Azərbaycana uçan dronlarlarla çıxardığı kino, İran hərbi hava qüvvələrinin Azərbaycanla sərhəddə patrul xidməti aparmaq üçün döyüş hazırlığı vəziyyətinə gətirildiyi haqda məlumatlar, “Əliyev və himayədarlarına aydın mesajımız: Bir gün gələcəyik...” kimi açıq mətnli təhdidlər də bu kontekstdə diqqət çəkir:

"İranın Azərbaycana ritorik hücumunun iki mümkün səbəbi görünür:

Birincisi, Azərbaycan və Ermənistan arasında mümkün eskalasiyanın yaşanmasıdır: Bakı-İrəvan xəttindəki ritorika gərinliyin yaşana biləcəyi gözləntisini artırır, xüsusilə Ermənistan Aİ missiyasını legitimləşdirmək, Azərbaycanı “təcavüzkar” göstərmək və ümumilikdə danışıqların gündəliyini tamamilə yeniləmək məqsədilə sərhəd döyüşlərində maraqlıdır; buna paralel olaraq, İrəvanın sülh müqaviləsi ilə bağlı sərgilədiyi mövqe də eskalasiyanı yeganə seçimə çevirir və bu mənzərə fonunda Tehran Bakıya “hədə-qorxu” gəlməklə Ermənistanın “təhlükəsizliyində” rolunu nümayiş etdirir;

İkincisi, Ermənistanın “təhlükəsizliyində” rolunu nümayiş etdirmək erməni diasporu/lobbisinin dəstəyini qazanmaq, Qərbə “İran olmasa, Ermənistan bölgədə təklənəcək” mesajı vermək və bununla İrana hərbi müdaxilə ssenarisində cəbhənin genişlənməsinin qarşısını almaq istəyirlər;

Tehrandakı mollalar iddia edirlər ki, mümkün eskalasiyada Azərbaycan İran-Ermənistan sərəhədini – Zəngəzur dəhlizini nəzarətə götürəcək, halbuki, Bakının belə bir planının olduğuna dair heç bir işarə yoxdur, xüsusilə mövcud vəziyyətdə Azərbaycan buna getmək fikrində deyil. Hərçənd, mollalar bütün iddialarını bu kontekstdə qurmaqla Bakıya təzyiq hücumlarına haqq qazandırmağa çalışır və belə görünür ki, Tehran bu bəhanə ilə Azərbaycanla sərhəd boyunca hərbi qüvvələri artırmaq niyyətindədir, çünki özlərini İrana mümkün hərbi müdaxilədə bu coğrafiyanın platforma olacağına inandırıblar. Və bütün bunların fonunda İran həm daxili, həm də xarici təhlükələrdə istiqaməti yayındırmaqda Azərbaycanı “zəif bənd” olaraq görür.

Bu baxımdan, İran müdaxilə edə bilməsə də, Azərbaycanla sərhəddə hansısa təxribatlara əl atacağı da istisna edilməməlidir. Çünki Tehran Bakıya ilk atəş açan tərəf olmaq istəmir və bunu Azərbaycanın etməsi üçün əlindən gələni edir. Bu qədər təxribat xarakterli bəyanatların verilməsi də Azərbaycanı təhrik etmək məqsədi daşıyır".


Xəbər 506 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb


BÜTÜN XƏBƏRLƏR +