Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


16.02.2023  14:40 

İş adamı Sərvər Bəşirliyə maşın bağışladı - Fotolar





A+  A-

Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə yardım toplanıldığı zaman Azərbaycanda bir fenomen aşkar olundu.

Özünün köhnə "Jiquli"si ilə yardım məntəqəsinə əşya daşıyan zaman çəkilən bir foto Laçın qaçqını Sərvər Bəşirlini fenomenə çevirdi.

Sərvərin bu yardımı hər kəsin ürəyinə toxundu. Həm yerli, həm də xarici mediada onun fotosu, daha sonra isə təvazökar videoları gündəm oldu. Bu gün isə köhnə avtomobili ilə tanınan Sərvər Bəşirliyə Türkiyəli iş adamı tərəfindən yeni avtomobil hədiyyə edilib.

Musavat.com xəbər verir ki, xeyriyyəçi iş adamı, Türkiyədə bir çox yardımları ilə tanınan, “Atlas” mədən, mühəndislik, inşaat və konsaltinq şirkətinin sahibi Səbahəddin Civelek Sərvər Bəşirlinin bu addımına cavab olaraq, ona avtomobil hədiyyə edib.

Avtomobil Sərvər Bəşirlinin atasına iş adamının yaxın dostu, onu bu xeyir işdə təmsil edən “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu tərəfindən təqdim edilib.

Sərvər Bəşirlinin özü hazırda Türkiyənin zəlzələ bölgəsindədir, Azərbaycandan gedən könüllü qrupla orada qardaş ölkəyə dəstək olur. Türkiyəyə yola düşməzdən öncə Sərvər Bəşirli iş adamı Səbahəddin Civeleklə görüntülü danışıb və olduqca təsirli anlar yaşanıb.

Qeyd edək ki, yaxın zamanlarda iş adamının Bakıya gəlişi də gözlənilir.

S.Civelek bir neçə dəfə "Yeni Müsavat" Media Qrupu ilə birlikdə Türk dünyası ilə bağlı toplantı və qurultaylara sponsorluq edib.

İş adamı Türkiyəni sarsıdan zəlzələ fəlakətinin aradan qaldırılması üçün də fondlara böyük miqdarda yardımlar edib.

Hədiyyə təqdimetmə törənində Sərvər Bəşirlinin atası Rasim Bəşirli iş adamı Səbahəddin Civelek bəyə və Türkiyə dövlətinə təşəkkür edib: "Oğlum bu işi hansısa mükafat, hədiyyə üçün görməyib. Belə olacağını da gözləmirdim. Özümüz qaçqın həyatı yaşamışıq, evsizliyin nə olduğunu bilirik. Bu səbəbdən də Türkiyədəki qardaşlarıma yardım etmək ürəyimizdən gəldi. O foto olmasaydı, bu hadisəni heç kim də bilməyəcəkdi. Oğluma göstərilən bu diqqətə görə çox təşəkkür edirəm".

Bu xoş əmələ görə “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu da dostu, ülküdaşı Səbahəddin Civelek bəyə təşəkkürlərini bildirib: "Səbahəddin bəyin ürəyi türk dünyası ilə döyünür. Onun türklük uğruna yapdığı fədakarlıqları saysan, bitməz. Əziz qardaşıma və bu işdə yaxından iştirak edən can dostum Ali Yıldırıma çox minnətdaram. Buradakı insanlar bu jestin sayəsində bir daha gördülər ki, Türkiyə yıxılmayıb, ayaqdadır, dostunu - düşmənini seçəcək, hətta mükafatlandıracaq durumdadır. Türkiyə bizim canımız, hər şeyimizdir. Yaxşı ki, Türkiyə var, yaxşı ki, Səbahəddin bəy, Ali bəy kimi ülküdaşlarım var..."

Hədiyyə təqdim olunandan sonra Sərvər Bəşirli Türkiyədən Musavat.com-un redaksiyasına video-təşəkkür göndərib.






Xəbər 646 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +