Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!


28.11.2022  15:12 

Sədərək və Culfa gömrük məntəqələrinə DTX nəzarət edir?





A+  A-

Sədərək və Culfa gömrük məntəqələri İran və Türkiyəyə gedən vətəndaşlar üçün tətbiq olunan qadağa və məhdudiyyətlərin bəzisini aradan qaldırıb.

XəzərNews.az xəbər verir ki, bu barədə "Gündəlik Naxçıvan" məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu keçid məntəqələrinə müvəqqəti olaraq, Bakıdan yoxlama üçün gələn DTX əməkdaşları nəzarət edir.

Yerli sakinlər bildirib ki, Türkiyəyə getmək üçün 50 kilo tərəvəz keçirmək şərti və 15 günlük məhdudiyyət artıq tətbiq edilmir. Bundan əlavə, İran və Türkiyədən gətirilən ərzaqlara da qadağalar aradan qaldırılıb.

Şahbuz rayon sakini Əli Bayramov deyib ki, noyabrın 24-də Sədərək gömrüyündən Türkiyəyə rahat keçib və istədiyi ərzağı alıb, geri qayıdıb:

"Eşidəndə ki, 50 kilo tərəvəz keçirmək şərtini qaldırıblar, qulaqlarıma inanmadım. Giriş və çıxışda Bakıdan gələn DTX əməkdaşları oturub, hər şeyə nəzarət edirlər. Gömrük işçiləri quzuya dönüblər. Hər dəfə gedib-qayıdanda bizi təhqir edən, mallarımızı əlimizdən alan əməkdaşlar birdən-birə dəyişib, mülayim, mədəni adamlara çevriliblər. DTX əməkdaşlarının qarşısında farağat dayanırlar. Dedilər ki, qayıdanda nə istəsəz, gətirin. Əvvəl adambaşına 5 kilodan artıq ərzaq qadağan idi, ət qismi isə qəti olmazdı. İndi isə hər şey sərbəstdir. İnsanlar azadlığa çıxıb. Bizdən 4-5 dəfə ucuzdur deyə, ərzağı maşın-maşın daşıyırlar Türkiyədən. Hamı bilir ki, bu hal müvəqqətidir. DTX gedəndən sonra, hər şey əvvəlki qaydada olacaq. Ona görə hamı əlinə keçəni alıb gətirir. Mən də xeyli ərzaq alıb, rahat Naxçıvana keçirdim".

Culfa Gömrük Məntəqəsi də ərzaq və digər məhsulların gətirilməsinə qoyulan qadağanı aradan qaldırıb.

Babək rayon sakini Yaşar Həsənov deyib ki, bu səbəbdən İrana da axın artıb:

"İranda qiymətlər çox ucuzdur. Əvvəl bir kilo da olsun ərzaq buraxmırdılar. Bu dəfə sərhəd açılandan, heç nə demirlər. DTX əməkdaşları nəzarət edir. Digərləri kimi mən də özümlə zəruri ərzaq məhsulları aldım və rahat keçirə bildim. Ayda 30 kiloqram norma var. Amma güzəşt edirlər. Müəyyən qədər artıq olanda söz demirlər. Bundan əlavə avtomobilimə iki təkər almışdım. Burada həmin təkərlər 80 manatdır. Oradan o qiymətə ikisini aldım. Gömrükdə də maneçilik törədilmədi".



Xəbər 537 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb


BÜTÜN XƏBƏRLƏR +