Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!


09.11.2022  14:05 

“Paltarını kəsirdilər, ayaqqabısına şüşə tökürdülər”





A+  A-

“Bir neçə il bundan öncə Moskvadan, “Mostfilm”dən bir təklif almışdım. Orda da ssenari bir az qarışıq idi. Təbii ki, mən bir neçə insanla məsləhətləşdim və öz qərarım da belə oldu ki, çəkilə bilmərəm. Çünki orada müsəlman ərəb qadınını oynamalı idim, ssenari tərəfindən o qədər haqsızlıq var idi ki. Mən bunları bilmirdim, oxuyandan sonra başa düşdüm. Onlara da dedim ki, bu rol bəlkə də mənə məşhurluq gətirəcək, amma öz ölkəmə gedəndə hər kəs məni qınayacaq”.

XəzərNews.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Vəfa Zeynalova deyib. O daha sonra filmlərdə açıq-saçıq səhnələrə də münasibət bildirib.

“Biz həddindən artıq qonaqpərvər xalqıq. Hətta deyərdim ki, qonaqpərvərlikdə birinci yerdəyik, belə ki, öz yatağımızı belə qonağa veririk. Bunu ancaq biz edə bilərik. Hər zaman başqasının məhsulunu alqışlayırıq, dəyər veririk. Amma özümüzünkünü görəndə deyirik ki, bu bizimdirsə yaxşı olmayacaq. Özümüz-özümüzə dəyər vermirik. Həmçinin də filmlərimizdəki açıq-saçıq səhnələrə dəyər vermirik. Buna sənət gözü ilə baxanda hər şeyin normal olduğunu görmək olur”, - deyə aktrisa bildirib.

Vəfa Zeynalova rejissor olmayan, amma film çəkmək iddiasında olanlardan da danışıb.

“İndi heç bilinmir tələbədir, nədir, bəzən həmin insanların incəsənətə belə aidiyyatı olmur. Nəsə çəkirlər, düşünürlər ki, mən bunu satacam, qazanc əldə edəcəm, yoldan keçəni çəkəcəm, filan rollara aktyor lazım deyil, küçədən tanış-biliş, evdən xalanı, bibini çəkəcəm. Bu sənət deyil. Biz özümüz-özümüzü aldadırıq, qazanc əldə edirik. Nəticədə gələcək nəsillərimiz əziyyət çəkir. Bəzən məndən kimsə məsləhət alanda ki, hansı filmi gedib kinoteatrda izləmək olar? Mən bilmirəm ki, hansı filmin adını çəkim. Hamısı jarqondur. Bundan istifadə edib yalançı gülüş qazanmaq olmaz”, - deyə əməkdar artist bildirib.

“Vəfa xanım, teatrda intriqalarla üzləşmisiniz?” sualına isə aktrisanın cavabı belə olub.

“Uzun illərdir teatrda çalışıram. Tam səmimi deyirəm. O vaxt teatra gələndə böyük dəstək görmüşəm. Hətta özüm də eşidirdim, danışırdılar ki, filankəs filankəsə mane olurdu, paltarını kəsirdilər, ayaqqabısına şüşə tökürdülər. Mən bunların heç biri ilə rastlaşmamışam. İnsan həmkarlarına necə hörmət qoyursa, onun da qarşılığını görür, - deyə aktrisa bildirib.



Xəbər 570 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb


BÜTÜN XƏBƏRLƏR +