Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Formu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


09.10.2022  09:47 

Zəm-zəm suyu





A+  A-

Zəm-zəm Məkkənin mərkəz nöqtəsində yerləşən bir quyudur. 1971-ci ildə həmin bu quyunun dəniz səviyyəsindən aşağı olduğunu nəzərə alaraq, suyunun yararsız olduğunu iddia etməyə başladılar.

Səudiyyə Ərəbistanının keçmiş başçısı kral Feysəlin əmri ilə quyu araşdırılmağa başladı. Araşdırma nəticəsində məlum oldu ki, Zəm-zəm suyu digər sulara nisbətən daha az kükürdə malikdir. Digər sulara nisbətən daha çox qidalandırıcı və daha çox minerallara sahibdir. Aclığını yatırtmaq üçün içən adamın aclığını, susamış adamın isə susuzluğunu tez bir zamanda aradan götürür. Dünyada tərkibində mikroorqanizmlər və bakteriyalar olmayan tək su Zəm-zəm suyudur.

Zəm-zəm quyusunun dərinliyi 18, eni 14 metrdir. İbrahim peyğəmbərin zamanından etibarən indiyədək hər il zəvvarlara, Məkkə və Mədinə şəhərlərinə milyonlarla ton su verməkdədir.

Quyu bol suludur, amma dərin deyil. Araşdırmalar zamanı Zəm-zəm quyusunun mənbəyi tapılmadı. Mənbənin tapılması üçün yalnız bir yol vardı - quyu suyunu güclü su nasosları ilə tam çıxarmaq.

Çox qəribədir ki, nasosların fasiləsiz işləməsinə baxmayaraq, quyudan su tükənmir, eyni səviyyədə qalırdı. Lakin güclü nasoslar vasitəsilə suyu qismən də olsa azaltmaq mümkün oldu. Quyunun dibinə enildi, amma yenə də mənbə sirli olaraq qalırdı. Bu zaman araşdırmaçılar qəribə bir şeyin şahidi oldular. Quyunun dibinə ayaq qoyduqda qumun tərpəndiyi hiss edilirdi.

Daha sonra isə analiz məqsədilə quyudan götürülən nümunə Avropa laboratoriyasına göndərildi. Məlum oldu ki, Zəm-zəm suyunun tərkibində Məkkənin digər su qaynaqlarının sularına nisbətən kalsium və maqnezium daha çoxdur. Bundan əlavə, su mikrobları məhv edən xlorla da zəngindir. Zəm-zəm quyusu indiyədək heç vaxt susuzluq yaşamayıb.

Quyunun suyu nə quruyub, nə də azalıb. Zəm-zəm suyu insana ruh və dözümlülük gətirir. Suyun tərkibi qədimdən indiyədək dəyişməmişdir. Zəm-zəm suyu həcc mövsümü boyunca milyonlarla hacının su ehtiyaclarını ödəyir.

Ən möcüzəli tərəfi isə, bu su heç bir zaman beldən aşagı enmir,yəni ancaq tər vasitəsilə bədəndən xaric olur.

XəzərNews.az

Xəbər 7299 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +