Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!


10.08.2022  12:12 

Bu milləti qıranlar kimlərdir?. - Xalq artisti





A+  A-

Apteklərdə dərmanların qiymətində artım müşahidə edilməsi son vaxtlar tez-tez müzakirə olunan məsələlər sırasındadır. Alıcılar bir sıra dərmanların həm baha, həm də keyfiyyətsiz olmasından gileylənir.

XəzərNews.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov ölkəmizdə apteklərlə bağlı həyəcan təbili çalmağın vaxtının çatdığını deyib:

“İllərdir ki, “peşəkar xəstəyəm” və tez-tez müalicə olunuram, yolum apteklərə düşür. Neçə vaxtdır bar-bar bağırıram ki, biz balalarımızın ruzisindən kəsib müalicə olunmaq istəyirik, dərmanlar alırıq. Amma bizim kisə ilə apteklərə verdiyimiz pullar boşa gedir.

İllərdir deyirəm, dəfələrlə Prezidentə də müraciət etmişəm ki, bizim bu gün əsas problemlərimizdən biri məhz apteklərdir. Apteklər milləti qırır. Bunu edənlər kimdir? Mən cəsarətlə deyirəm ki, artıq burda məsələ pul qazanmaq deyil, bu ölkəyə, xalqa xəyanət etməkdir. Artıq planlı şəkildə Azərbaycan xalqına qarşı təxribatlar təşkil olunur. Ermənilər daha az soyqırımı edib, nəinki son 10-15 ildə bizim apteklər. Onsuz da millətə od qiymətinə dərman satırsınız, heç olmasa keyfiyyətli satın”.

Rejissor iddia edib ki, keyfiyyətsiz dərmanlar son illərdə kəskin artıb və həmin preparatların müalicəyə təsiri olmur:

“O dərmanların müalicəyə heç bir təsiri olmur, çünki içindəki komponentlər dəyişdirilir. Ona görə çox adam dərmanları xaricdən gətirdir. Bu işdən məsul şəxs kimdirsə, artıq bir əncam çəkməlidir. Axı bu insanları zəhərləmək deməkdir. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da bu barədə danışıb. O, həm də peşəkar həkimdir. O izah etdi ki, son 10 ildə diabet və əsəb xəstəliyinə görə Azərbaycana gətirilən dərmanlardan milyardlarla pul qazanılıb, amma on minlərlə azərbaycanlı şikəst olub. Bu dərmanların heç bir müalicəvi əhəmiyyəti yoxdur, lakin partapart satılır. Buna bir əl qoyulmalıdır, ya yox?!

Erməni görünən düşməndir, bu bəllidir, bəs bu milləti qıranlar kimlərdir? Bizə genetik olaraq soyqırımı edirlər, dərmanlarımızın tərkibini dəyişdirirlər”.

Xəbər 1387 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb


BÜTÜN XƏBƏRLƏR +