Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


07.07.2022  14:54 

“Yüksəliş“ müsabiqəsində Rusiya izi...





A+  A-

"Dövlət büdcəsindən maliyyələşən və dövlətçilik perspektivləri baxımından kritik əhəmiyyət kəsb edən, eləcə də son illər diqqətlərin kəsildiyi, ümidlə yanaşılan "Yüksəliş" müsabiqəsinin sertifikatlarında böyük hərflərlə "РОССИЯ СТРАНА ВОЗМОЖНОСТЕЙ" yazılıb".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə AY Partiya başqanı Anar Əsədli çıxış edib:

- Bu, bir təxribatdır, yoxsa gerçək?
Gerçəkdirsə, nədir məqsəd?

Bu imzanın o sertifikatlarda olmasını belə dövlətçilik və milliləşmə baxımından böyük təxribat hesab edirəm.

Yaxın gələcəkdə ölkədə kritik postlara gətiriləcək həmin "yüksələn" kadrlarda bəribaşdan Kremlə minnət hissi yaradılır?

Yoxsa kadr seçimi prosesi Rusiyanın və ya bu ölkənin təşkilatlarının iştirakı ilə həyata keçirilir?

Bu və bu kimi suallarımıza cavab tələb edirik.

Elə bu sualların bizi apardığı kiçik araşdırmadan sonra o da məlum oldu ki, "Yüksəliş" müsabiqəsi Rusiyanın "Rusiya fürsətlər ölkəsidir" müsabiqəsi əsasında formalaşdırılıb. Bir başqa ölkədə keçirilən hər hansı müsabiqədən örnək almaq olar, amma bu, o demək deyil ki, seçim meyarları da rəsmi Moskvanın strateji maraqlarına və Kremlin meyarlarına uyğun olan kadrlar seçilsin.

Ən azından ortada olan görüntü bunu deyir. Yox, əgər belə deyilsə, o zaman bu müsabiqənin rəhbərliyi media nümayəndələrini, QHT təmsişçilərini dəvət edib, ictimaiyyətə geniş açıqlama versin.

Azərbaycan xalqı, xüsusilə ziyalılarımız bu məsələyə öz etirazlarını bildirməlidir.

Bu xalq son 200 ildir ki, Rusiya tərəfindən ən ağır şəkildə təqiblərə məruz qalmırmı, müxtəlif avantüralarla öldürülürb torpaqları, evləri işğal olunur, yağmalanmırmı?

Uzaq keçmişə müraciət etməyək. 2 il öncə baş verən 44 günlük Vətən müharibəsini yada salaq. Məgər Ermənistanı durmadan silahlandıran Rusiya deyildimi?

Qarabağ münaqişəsini yaradan Rusiya deyilmidir?

20 Yanvar qırğını, Xocalı soyqırımı, torpaqlarımızı başqa xalqlara peşkeş çəkən, 1937 də ziyalımızın başını kəsən - bütün bunların müəllifi Rusiya deyilmidir?

1920-ci ildə Cümhuriyyətimizi başımıza yıxan Rusiya deyilmidir?

Bu boyda müsibətlərdən sonra bu müsabiqənin sertifikatını görəndə ağlımıza hansı versiya gəlməlidir?

Əzizlərim, AY Partiya olaraq, uzun zamandır dövlət idarəçiliyində kadrların milliləşdirilməsi və bu yolla suverenliyimizin gücləndirilməsi məsələsini hər fürsətdə dilə gətiririk. Bu məsələnin üstünə getməyimizin səbəbi son 30 ildə başqa dövlətlərin, xüsusilə Rusiyanın uzantıları vasitəsilə Azərbaycanda həyata keçirilən təxribatlar, milli təhlükəsizlik konsepsiyamıza qarşı atılan addımlar, siyasi-iqtisadi, eləcə də təhsil layihələrinin idarəetmədə və ya önəmli postlarda yerləşdirilən kadrlar vasitəsilə fiaskoya uğradılmasıdır.

Buna görə də partiya olaraq əsas hədəflərimizdən biri milli kadrların idarəetməyə cəlb olunması və bu yolla dövlətimizin inkişafına, millətimizin rifahının yüksəldilməsinə nail olmaqdır.

Bu baxımdan hesab edirəm ki, bu müsabiqənin geniş ictimaiyyət tərəfindən sorğulanması vacibdir və dövlət üçün həyati əhəmiyyət daşıyır.

Xəbər 1225 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +