Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


29.06.2022  17:00 

“Azərsu“: “Goranboy və Göygöldə yağıntı sularının fəsadı aradan qaldırılır“





A+  A-

"Azərsu" ASC intensiv yağıntıların və sel sularının Goranboy və Göygöl rayonlarında su mənbələrinə vurduğu ziyanın fəsadları aradan qaldırır.

Bu barədə XəzərNews.az-a qurumdan bildirilib.

Məlumata görə, hazırda su mənbələrində infiltrasiya qurğusunun təmizlənməsi işləri intensiv qaydada davam etdirilir.

Xatırladaq ki, son günlər müşahidə olunan intensiv yağıntılar və sel suları Goranboy və Göygöl rayonlarında şəhər mərkəzlərini və bəzi kəndləri içməli su ilə təmin edən Ballıqaya, Bənövşəli və Kürəkçay mənbələrinə ciddi ziyan vurub. İyunun 22-də sel nəticəsində Qaraçay çayından gələn ağac qırıntıları, daş və lil Ballıqaya sutəmizləyici qurğusunun infiltrasiya sahəsini bərk kütlə ilə doldurub və qurğuda emal prosesi tam dayanıb. Qısa müddətdə qurğuda təmizləmə işləri aparılaraq suyun verilişi bərpa olunsa da, iyunun 25-də selin təkrarlanması emal prosesinin yenidən dayanmasına səbəb olub. Nəticədə, Goranboy, Naftalan və Xocalı sukanal sahələrinin bu mənbədən qidalanan yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılıb. Əraziyə xüsusi texnikalar və maşınlar cəlb olunaraq təmir-bərpa işlərinə başlanılıb. Artıq qurğunun bir hissəsi təmizlənib. Goranboy, Naftalan şəhərlərinə və Ağcakənd qəsəbəsinə, eləcə də bir sıra kəndlərə içməli suyun verilməsi qismən bərpa olunub.

Sel və daşqınlar Göygöl şəhərini və ətraf kəndləri içməli su ilə təmin edən Kürəkçay və Bənövşəli mənbələrinə də ziyan vurub. Selin gətirdiyi lil və bərk maddələr qurğularda emal proseslərinin dayanmasına səbəb olub. Hazırda mənbələrdə təmir-bərpa işləri davam etdirilir. Artıq Bənövşəli mənbəyinin fəaliyyəti bərpa edilib, Kürəkçay mənbəyində isə işlər davam etdirilir.

“Azərsu” sədrinin I müavini Teyyub Cabbarov, “Sutikinti” Müəssisəsinin, regional sukanal idarələrinin nümayəndələri su mənbələrinə baxış keçiriblər. Sel nəticəsində hidrotexniki qurğulara dəymiş ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı işçi qrupu yaradılıb. Əhalinin içməli suya olan tələbatını ödəmək üçün hər iki rayona sudaşıyan nəqliyyat vasitələri səfərbər olunub və mənbədə emal prosesi bərpa olunana qədər sakinlər maşınlarla daşınan su ilə təmin olunacaqlar.

Xəbər 908 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +