Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


27.05.2022  15:00 

Jurnalist Ceyhun Musaoğluna hücum etdilər





A+  A-

Bakı metrosunda tanınmış jurnalist, Jurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğluna hücum ediblər.

XəzərNews.az xəbər verir ki, bu barədə o, Feysbuk hesabında paylaşım edib:

“Dünən metroda ikrah doğuran hadisənin iştirakçısı, "qəhrəman"ı oldum. “İçərişəhər”dən gələn qatarda "Ulduz"a gedirdim. "Sahil"də hərbi geyimli, sinələrində medallar bərq vuran iki gənc mindi. Elə minən kimi adamların üstünə "ortaya çəkilin, biz rahat dayanmalıyıq" deyə bağırdılar. Bir xanım növbəti dayanacaqda düşəcəyini dedi və onlara "buyurun, siz ortaya keçin" deyə müraciət etdi.

Medallı gənclərin reaksiyası çox utancverici oldu. Biri belə dedi: "Sən kimsən mənə yol göstərirsən, vuraram başın partlayar". Təbii ki, dözə bilməzdim, onları çox mədəni tərzdə sakitləşdirmək istədim xeyri olmadı, daha da qızışdılar və qadının "mənim də iki qardaşım şəhiddir" cavabına da məhəl qoymadılar.

Mənimlə də qarşılıqsız mübahisəni dayandırmırdılar, çox sakit tərzdə onlara belə davranışın yanlış olduğunu anlatmaq istədim. Qatar "28 May" stansiyasına çatanda düşdülər və ani olaraq o daha çox cükküldəyən medallı qızışdı. Qatarın qapıları bağlanmışdı, o qapını, pəncərəni təpiklərlə, yumruqla sındırmağa çalışıb, üzərimə hücum etmək istəyirdi, yanındakılar da eyni hərəkətləri edirdilər. Maşinist (elə bil onların adamı imiş) qapıları açdı və tərbiyəsizlərdən biri içəri soxulub üzərimə şığıdı, təpik atdı, bu zaman bir gənc xanım onların qarşısına çıxıb çox əsəbi şəkildə etiraz etdi. Gənc xanım əsəbdən bayıldı, rəfiqələri onu xeyli sonra özünə gətirə bildilər. Başqa vaxt polislər maska güdərlər, bu dəfə yoxa çıxmışdılar, nəhayət qapılar bağlandı, tərbiyəsizlər müharibədən sağ çıxdılar, kimsəni öldürə bilmədilər, kimsəyə öldürülmədilər. Pəncərədən onlara baxıb, bütün əzalarının yerində olduğunu gördüm, 4 ildən çox səngər görmüş adamam, kontuziyalını min metrdən tanıyıram. Bu adamlar çox sağlamıydılar, hərəkətlərini də bilərəkdən törədirdilər.

Onlara sadəcə yazığımı gəldi. Cəmi 44 günlük müharibədə uzağı 30 gün silaha sarılıblar, iki şəhid bacısına, həm müharibədə, həm də həyatda güllələnə-güllələnə yaşayan bir jurnalistə (jurnaist olduğumu bilmədilər, lap bilsəydilər belə, xanım iki şəhid qardaşın bacısı olduğunu deyir, ona "başını dağıdarıq" cavabı verirlərsə, nə jurnalist, nə yazıçı...)

Çox utandım, həm də Vətənin əvəzinə utandım”.

Xəbər 4434 dəfə oxunub.




11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +