Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


24.12.2021  00:14 

Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - MƏTN





A+  A-

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin 60 yaşı tamam olur. Prezidentin xanımı, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva İlham Əliyevi təbrik edib.

XəzərNews.az xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli cənab Prezident!

Bu gün mən milyonlarla Azərbaycan vətəndaşı kimi Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bizə – Azərbaycan xalqına milli qürur və birlik hissi bəxş etdiyinizə görə Sizə təşəkkür edirik. Uzun illərdir ki, hər bir azərbaycanlının qəlbində yaşayan istəyini və müqəddəs arzusunu çin etdiyinizə görə Sizə minnətdarıq. Azərbaycan xalqı – müzəffər xalqdır!

Böyük işlər bir anda baş tutmur. İstənilən tarixi nailiyyətə aparan yol uzun, mürəkkəb və çətin olur.
Sizin tarixi xidmətiniz ondadır ki, bu yola qədəm qoydunuz və onu şərəflə keçdiniz. Misilsiz xidmətiniz ondadır ki, bütün bu illər ərzində ölkəyə başçılıq edərək verdiyiniz qərarlarla Azərbaycan xalqının Zəfər qazanmasını təmin etdiniz.

Sizin gücünüz ondadır ki, bu yolda Siz xalqın etimadını qazanmağı bacardınız və məhz xalqın inam və sevgisinə arxalanaraq bu dəyərli etimadı doğrulda bildiniz. Tarixi xidmətiniz ondadır ki, bu illər ərzində bütün çətinliklərə, təzyiqlərə, bəzən əsassız və ədalətsiz fikirlərlə üzləşdiyinizə baxmayaraq bir an belə inamınızı, ümidinizi və iradənizi itirmədiniz.

Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi kimi böyük Missiyanın yerinə yetirilməsi də məhz Sizin yenilməz iradəniz sayəsində mümkün oldu.

Mən bilirəm ki, Siz həmişə öz xalqınıza inanmısınız. Məhz bu inam Sizin bütün şəxsi keyfiyyətlərinizlə birgə qazandığınız və qazanacağınız qələbələrin mənbəyidir.
Sizə ən səmimi təşəkkürlər!

İcazənizlə, yubiley gününüzdə Sizə və bütün Azərbaycan xalqına uzun ömür, möhkəm cansağlığı və bütün arzularınızın yerinə yetməsini diləyirəm.

Sizin uğur yolunuz davam etməkdədir və qarşıda hələ Vətənimiz naminə görəcəyiniz çoxlu işlər var.

Tanrı Sizə güc və səbir versin! Uca Allah Sizi və Azərbaycan xalqını bu müqəddəs yolda qorusun!
Biz Sizinlə fəxr edir və Sizi çox sevirik!

Mehriban Əliyeva

Уважаемый господин Президент!

Сегодня, как и миллионы граждан Азербайджана, хочу выразить Вам глубокую благодарность. Благодарность за то, что мы – народ Азербайджана – испытываем чувство национальной гордости и единения. За то, что чаяния и сокровенные желания каждого азербайджанца, долгие годы живущие в наших сердцах, отныне стали явью. Азербайджанский народ – народ-победитель!

Великие дела не свершаются в одночасье. Любое историческое достижение – это долгий, трудный, тернистый путь. Ваша бесспорная заслуга в том, что Вы вступили на этот путь и с достоинством его прошли. В том, что все эти годы, возглавляя страну, Вы принимали решения, предопределяющие и обеспечивающие выполнение основной Миссии.

Ваша заслуга в том, что на этом пути Вы сумели завоевать доверие народа и, опираясь именно на народную веру и любовь, смогли оправдать это бесценное доверие.

Ваша заслуга в том, что все эти годы, невзирая на трудности, давления, порой откровенно предвзятые и несправедливые мнения, Вы ни на минуту не теряли веру, надежду и волю. Волю к исполнению главной Миссии – восстановления территориальной целостности нашей страны.

Я знаю, что Вы всегда верили в свой народ и именно эта вера, наряду со всеми Вашими личными качествами, была и остается источником и залогом всех побед. Свершившихся и будущих!

Огромное Вам спасибо!

В день Вашего юбилея позвольте пожелать Вам и всему азербайджанскому народу долгих лет жизни, крепчайшего здоровья и исполнения всех желаний.

Ваш путь продолжается и многое еще предстоит свершить во благо нашей Родины.

Дай Вам Бог сил и терпения! Пусть Великий Аллах хранит Вас и весь азербайджанский народ на этом священном пути!

Мы Вами гордимся и очень любим!

Мехрибан Алиева

Xəbər 1148 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +