Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


11.12.2021  11:39 

XİN erməni təxribatı ilə bağlı bəyanat yaydı





A+  A-

"Azərbaycan Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, son günlərdə Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyəti gərginləşdirən təxribatlarını davam etdirib".

XəzərNews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"8 dekabr 2021-ci il tarixində dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Asif Adil oğlu şəhid olub.

9-10 dekabr tarixlərində isə Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini intensiv atəşə tutub. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində qarşı tərəfin təxribatlarının qarşısı alınıb.

Azərbaycan və Ermənistan arasında münaqişə sonrası münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən müvafiq addımların atıldığı bir vaxtda, xüsusilə də 3+3 formatlı məsləhətləşmələr mexanizminin Moskva görüşü ərəfəsində Ermənistan tərəfinin təxribatçı fəaliyyətini davam etdirməsi, bu ölkənin aqressiv mövqeyini və regional sülh quruculuğu səylərinə xələl gətirdiyini nümayiş etdirir.

İki dövlət sərhədində yaşanan gərginlik və Kəlbəcər rayonu istiqamətində törədilən qanlı cinayətin məsuliyyəti birbaşa Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərindədir.

Ermənistan XİN-in Azərbaycanı bu dövlətin suveren ərazilərini pozmaqda ittiham etməsi tamamilə əsassızdır. Məhz bu kimi saxta ittihamların qarşısını almaq üçün Azərbaycan iki dövlətin sərhədinin delimitasiyası üzrə danışıqlara ən qısa zamanda başlanılmasının tərəfdarıdır.

Əgər Ermənistan həqiqətən bölgədə sülh və sabitlik istəyirsə, o zaman münasibətlərin normallaşdırılması istiqamətində real addımlar atmalı və imitasiyalara son verməlidir.

Ermənistan tərəfini bölgədə məqsədli gərginlik yaradaraq sülh quruculuğuna əngəl törətmək cəhdlərindən əl çəkməyə və üzərinə götütdüyü öhdəliklərə uyğun olaraq, üçtərəfli bəyanatları tam icra etməyə çağırırıq", - XİN-dən bildirilib.

Xəbər 987 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +