Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!


24.11.2021  15:52 

Paşinyanın çıxışlarında cəsarət yox, çaşqınlıq görünür





A+  A-

Nikol Paşinyan 26 noyabrda Soçi şəhərində, 15 dekabrda isə Brüsseldə keçiriləcək görüşlərdən öncə sensassiyalı görünən bəyanatlar verib. O, Ermənistan ərazisindən çəkiləcək nəqliyyat dəhlizlərinin, həmçinin, Zəngəzur dəhlizinin əleyhinə çıxışlar edib.

Öz fikrini belə əsaslandırıb ki, 9-10 noyabr 2020-ci ildə imzalanmış “üçtərəfli bəyanatda dəhliz ifadəsi yoxdur”. Paşinyanın bu çıxışları mahiyyətcə Soçidə və Brüsseldə keçiriləcək görüşlərin ruhuna ziddir. Əgər kommunikasiyaların açılması mövzusu bəri başdan qapadılacaqsa, onda keçiriləcək görüşlərdə nədən danışılacaq?

Şəbəkə KİV-ləri bu açıqlamalrı Paşinyanın cəsarətli addımları kimi şərh edirlər, Bakıya qarşı saymazyana davrandığını deyirlər. Hətta irəli gedib Paşinyanın Bakı ilə yanaşı ”Moskvaya, Brüsselə dirsək göstərmək” gücündə olduğunu iddia edənlər də var. Reallıqda isə durum fərqlidir.

Paşinyanın çıxışlarında cəsarət yox, çaşqınlıq görünür.

Qeyd edir ki, 9-10 noyabr 2020-ci ildə imzalanmış “üçtərəfli bəyanatda dəhliz ifadəsi yoxdur”. Əlbəttə, üçtərəfli bəyanatın 9-cu bəndində dəhliz ifadəsi işlədilməyib. Əvəzində “maneəsiz hərəkət” ifadəsi yer alıb. Bu ifadə termin olaraq nəzarət-buraxılış məntəqəsi olmadan hərəkəti nəzərdə tutur. Yaxud, Paşinyan iddia edir ki, dəhliz ifadəsi Laçın korridoruna münasibətdə işlədilmişdir. Yaddan çıxarır ki, Laçın korridoru ifadəsinin yanında maneəsiz hərəkət ifadəsi yoxdur. Digər tərəfdən, əgər Ermənistan Laçın dəhlizindən istifadə edirsə, bəs onda Azərbaycan niyə Naxçıvanla əlaqə üçün Ermənistan ərazisindən keçən dəhlizdən istifadə etməsin? Əgər hər iki tərəf linqivistik barrikada qurmaqla məşğul olacaqsa, onda regionda kommunikasiyaların açılmasında hər hansı irəliləyiş olmayacaqdır.

Zəngəzur dəhlizinin açılması digər ölkələrlə yanaşı Ermənistanın öz maraqlarına xidmət edəcəkdir. Azərbaycan İran vasitəsilə və hava yolları ilə Naxçıvanın blokadadan çıxmasını hələ uzun müddət bundan əvvəl təmin edib. Eyni zamanda Naxçıvanın Türkiyə və İranla sərhədi vardır. Ermənistanın isə bu imkanları yoxdur. Azərbaycan təkcə Gorus-Qafan yolunun Qubadlı rayonundan keçən hissəsində - Eyvazlı və Qazançı kəndləri ərazisində- nəzarət-buraxılış məntəqələri qurulmaqla bu ölkəni ciddi sıxıntılara saldı.

İndi həmin postda Ermənistan qeydiyyatında olan nəqliyyat vasitələrindən Azərbaycan qanunlarına uyğun olaraq rüsum toplanılır. Paşinyanın iddia etdiyi Tatev yolu isə istifadəyə yararsızdır. Yük avtomobillərinin hərəkəti isə ümumiyyətlə qeyri-mümkün həddədir. Vəziyyətin bu həddə gətirilməsində günahkar Ermənistan özüdür.

Paşinyan öz çıxışnda daha bir çaşqın ifadə işlədir, Azərbaycanı Ermənistana münasibətdə aqressiv davranmaqda, cəngəllik siyasəti yürütməkdə ittiham edir. Əgər Azərbaycanın davranışlarının adı aqressiyadırsa, onda son 30 il müddətində Ermənistanın Azərbaycana qarşı apardığı siyasətin adı nədir? Hələ bu gün də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin ünsürləri qalmaqdadır. Azərbaycan Qazax rayonunun kəndləri və Naxçıvanın Kərki kəndi Ermənistanın işğalı altındadır.

Paşinyan hökumətinin parlamentə çıxardığı və təsdiq olunduğu sənəddə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları növbəti dəfə təsdiq olunub. Paşinyan öz nitqində Qarabağı yenə də Artsax adlandıraraq Azərbaycanın bu bölgəsinin öz müqəddəratını təyin etmə statusuna malik olduğunu bildirib. Bütün bunlar Ermənistanın Azərbaycana qarşı yürütdüyü aqressiv siyasətinin açıq nümunələridir.

Müşfiq Ələsgərli

Xəbər 1190 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb


BÜTÜN XƏBƏRLƏR +