Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


12.02.2021  08:57 

“Türkiyə S-400-lərdən imtina etməyəcək” - İbrahim Kalın





A+  A-

Türkiyə Rusiyadan aldığı S-400 zenit raket sistemlərindən imtina etmək niyyətində deyil.
XəzərNews.az bildirir ki, bu barədə Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın “TRT” telekanalına müsahibəsində deyib.

“S-400-lə bağlı qərar dərhal qəbul edilməyib, biz bu barədə amerikalı həmkarlarımıza danışdıq. S-400 üzrə sazişimiz CAATSA-dan təxminən dörd ay əvvəl imzalanmışdı. Hüquqi baxımdan ABŞ-ın bəyanatları ardıcıl deyil. Amerika tərəfi bildirib ki, hələlik bu məsələ ilə bağlı heç bir danışıqlar aparmayacaq”, - deyə Kalın qeyd edib.

Kalın, həmçinin bildirib ki, Ankara Rusiyanın S-400-lərindən imtina etməyəcək.

Bununla yanaşı, Kalın qeyd edib ki, “Rusiya vacib oyunçudur”, bununla əlaqədar Ankara üçün Türkiyənin onunla hansı münasibətləri qurması vacibdir.

Bundan başqa, Ərdoğanın nümayəndəsi yaxın həftələrdə Türkiyə və ABŞ prezidentləri Tayyib Ərdoğanla Co Baydenin danışıqlarının keçiriləcəyini də istisna etməyib.

Xəbər 2346 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +