Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


06.01.2021  13:10 

Daşınmaz əmlakla bağlı tariflər 2 dəfə artırıldı





A+  A-

Tarif Şurasının benzinin və dizel yanacağının qiymətinin artırılmasıyla bağlı keçirdiyi iclasda həmçinin bir sıra sahələrdə qiymət tənzimlənməsi məsələsinə baxılıb.
XəzərNews.az xəbər verir ki, iclasda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin daşınmaz əmlakın texniki inventarlaşdırılmasının aparılması, əmlak barədə məlumatların reyestrə daxil edilməsi və əlaqədar xidmətləri üzrə tariflərə baxılması barədə müraciəti müzakirə edilib. Bu xidmətlər üzrə tariflərin 2009-cu ildə təsdiq olunduğu və tarif dəyişikliyi nəticəsində yaranan əlavə vəsaitin keyfiyyətli, çevik və etibarlı xidmətlərin göstərilməsi üçün avadanlıqların alınmasına, işçilərin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə sərf ediləcəyi nəzərə alınaraq, yeni tariflər təsdiq olunub.

Daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin yeni tarifləri ilə bu linkdən tanış ola bilərsiz.

Bildirilir ki, orta hesabla bütün qiymətlər 2 dəfə artıb. Marja.az saytına istinadla əvvəl və indiki tarifləri müqayisəli şəkildə təqdim edirik:

- Çoxmənzilli yaşayış binaları üzrə binanın ümumi sahəsinin hər 1 m2 -i 40 qəpik olduğu halda artımdan sonra 85 qəpik olub.

Qeyri-yaşayış binaları (sahələri) və əmlak kompleksi kimi müəssisələr üzrə:

- sahəsi 100 m2-dək 240 AZN (əvvəl maksimum 120 AZN)

- sahəsi 100 m2-dən 500 m2-dək - max 980 AZN (əvvəl 490 AZN)

Mənzillər üzrə:

- sahəsi 50 m2 -dək (50 m2 daxil) olduqda - 20 AZN (əvvəl 12 AZN)

- sahəsi 50 m2 -dən çox olduqda, hər əlavə 1 m2 üçün 33 qəpik (20 qəpik)

Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə (sahəsi 5,0 ha-dək olduqda):

- pay torpaqları-ailə kəndli təsərrüfatına məxsus olduğu hallarda maksimum 125 AZN

- kənd təsərrüfatı torpaqları ilə bağlı digər hallarda maksimum 175 AZN

(Əvvəlki tarifdə vahid tarif olub və maksimum qiymət 66 AZN təşkil edib)

Həyətyanı və bağ sahələri üzrə

- sahəsi 0,12 ha-dək olduqda - 20 AZN (əvvəl 12 AZN)

- sahəsi 0,12 ha-dan çox olduqda, hər əlavə 0,01 ha üçün - 1,7 AZN (əvvəl 1 AZN)



Xəbər 2473 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +