Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


19.11.2020  13:19 

Alim Qasımovun “Əsgərə məktub”u





A+  A-

Azərbaycan Əsgəri Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda zəfər tarixi yazır. Bu günlər bütün dualarımız Vətən müharibəsində bizə Qələbə sevinci yaşadan əsgərlərimizlə bağlıdır.
XəzərNews.az Modern.az saytına istinadən “Əsgərə məktub” rubrikasında növbəti məktubu təqdim edir.

Bu dəfə muğam ustadı, Xalq artisti Alim Qasımov “Əsgərə məktub” yazıb:

“Salam, Əsgər! Qələbən mübarək! Bizə böyük sevinc yaşadan Əsgərim, yəqin hələ də soyuq səngərdəsən, gündüzlər keşikdəsən, gecələr isə “Əsgər marşı”nda olduğu kimi, başının altına Vətən daşını qoyub, qarı da üstünə yorğan kimi çəkirsən. Tarix yazmaq asan başa gəlmir, oğul! Bilirəm ki, müharibə günlərində, bu cavan ömründə çox böyük yol getmisən, düşmənlə üz-üzə durmusan, qan-qada görmüsən, dost itirmisən…

30 il əvvəlki yaraları sağaltmaq üçün ölümü gözə almısan, hər çətinliyə dözmüsən, əzizlərin nigaran qalmasın deyə, bəzən yalandan “yaxşıyam” demisən…

Bu Vətənin çörəyi, valideynlərinin haqqı sənə halal olsun, Əsgər! Sən hər kəndi düşməndən geri alanda, bayrağımızı hər ucaldanda başımızı uca eləmisən, bizə dünyaları vermisən. Amma ən çox bilirsənmi bizi nə vaxt kövrəltmisən, Əsgər? Azad elədiyin torpaqlarda Azan verəndə! Namaz üçün döyüş dostlarınla səf-səf düzüləndə.

Vətənə xidmət inamdandır deyirlər. Bu müharibə - Xeyirlə Şərin savaşında, sən Əl Haqq olan Allahın Ordusunda döyüşdün. Həm ədalətli, həm də qalib olmaq nə gözəl hissdir! Sənin üçün gecə-gündüz dua edirik. Həqiqi Mülkün və əsl Zəfərin sahibi Allahın nəzəri üstündən çəkilməsin. Yaradanın qoyduğu ölçülərdən çıxmasın, hər an ona sığınsan, zəfər həmişə səninlə olacaq, Əsgər, bunu əsla unutma!

Sənin yolunu gözləyirik. Hünər göstərib ad qazanmısan. Bil ki, bir evin, ailənin yox, bütün xalqın əziz övladısan. Əsgər adını ucaldın, düşmənin bütün nağıllarını öz gerçəyinlə yıxıb dağıtdın. Sənin qazandığın bu qələbəni göz bəbəyimiz kimi qoruyacağıq. Hərə öz öhdəsinə düşən işi vicdanla görərsə, həm döyüşdə, həm səhnədə, həm idmanda daim birinci olacağıq.

Yaşa, Əsgər! Bayraq taxdığın yüksəkliklər, bu şan – şöhrət, sevgilər sənin qazancındır. Sorağın daim ucalardan gəlsin. Mən hər birinizi adbaad tanımasam da, yəqin ki, sən məni tanıyırsan. Qələbə Paradında, səni alqışlayanlar sırasında bil ki, mən də varam”.

Xəbər 2233 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +