Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


03.09.2020  17:28 

Baş Nazirin qərarı ilə bağlı nazirlikdən açıqlama





A+  A-

“Baş nazir Əli Əsədovun dünən imzaladığı 319 saylı qərarla əlaqədar bildiririk ki, bu Qərar pambıqçılıq, tütünçülük, barama istehsalı və arıçılıq fəaliyyətinə görə dövlət tərəfindən verilən subsidiyaların ləğv edilməsini nəzərdə tutmur”.
XəzərNews.az xəbər verir ki, bu açıqlamanı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov verib.

O bildirib ki, kənd təsərrüfatına dövlət dəstəyinin göstərilməsi hazırda Prezident İlham Əliyevin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 saylı Fərmanı ilə tənzimlənir:

“Həmin Fərmanla təsdiq edilən vahid qaydaya uyğun olaraq ölkəmizdə bitkiçilik və heyvandarlıq üzrə 6 növ subsidiya üzrə ödənişlər bu il yanvarın 1-dən etibarən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən həyata keçirilir. Bu səbəbdən fermerlərə subsidiya verilməsinə dair Nazirlər Kabinetinin əvvəlki qərarları, mövcud hüquqi-normativ aktlar yeni Fərmana uyğunlaşdırılır. Bu, hüquqi prosedurdur və Nazirlər Kabinetinin aqrar sahəyə dövlət dəstəyinin nəzərdə tutan bir sıra qərarların ləğvinə dair son qərarı bu uyğunlaşma ilə əlaqədardır. Artıq bu il dövlət tərəfindən payızlıq əkinlərə görə subsidiyaların ödənilməsi həyata keçirilib, digər kateqoriya subsidiyaların, o cümlədən arıçılığa görə subsidiyaların ödənilməsi hazırda davam edir. Sosial şəbəkələrdə Nazirlər Kabinetinin son qərarının subsidiyaların ləğv edilməsi kimi şərh olunması yanlışdır və bunun heç bir hüquqi əsası yoxdur”.

Vüqar Hüseynov bildirib ki, Aqrar Subsidiya Şurasının 02 sentyabr 2019-cu il tarixli qərarına görə, fermerlərə emal müəssisələrinə təhvil verilən pambığın hər tonuna görə 100 manat, təhvil verilən yaş tütünün hər tonuna görə isə 50 manat məhsul subsidiyası verilir. Bundan əlavə, fermerlərə pambıq sahələrinin hər hektarına görə 220 manat, tütün sahələrinin hər hektarına görə isə 280 manat əkin subsidiyası ödənilir. Arıçılar isə təsərrüfatlarında olan arı ailələrinin hər birinə görə 10 manat subsidiya alırlar. Dövlət həmçinin qəbul məntəqələrinə təhvil verilmiş yaş baramanın hər kiloqramına görə kümdarlara 5 manat subsidiya ödəyir: “Bu subsidiyaların heç biri ləğv olunmayıb, ölkədə aqrar sahəyə dövlət dəstəyi tam şəkildə davam etdirilir və fermerlərimizin mövcud “Fermer kartı”na subsidiyaların köçürülməsi əvvəlki qaydada davam edəcək”.

Xəbər 2052 dəfə oxunub.




08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +