Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


17.03.2020  16:07 

“Bacardıqca evdə qalmalıyıq!”





A+  A-

“Bu virus zoonoz bir infeskiyadır. Əsas sahibi heyvanlardır. Yəni, bu viruslar əsasən heyvanlarda yaşayır. İnsanlarda xəstəlik keçirə bilməsi üçün onun öz strukturunda dəyişiklik baş verməlidir. Elə bir dəyişiklik ki, o heyvandan insana keçdikdə öz yaşamını sürdürə bilsin və müvafiq olaraq xəstəlik törədə bilsin”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Almaniyada çalışan həkim Dilqəm Şabanlı evdə qalmağın əhəmiyyəti barədə yazdığı məqalədə qeyd edib. Bildirib ki, virusun episentri olan şəhərdə xeyli sayda vəhşi heyvanlar süni artırılaraq protein mənbəyi kimi satılır:

“O heyvanların normalda insanlara birbaşa kontaktı yoxdur. Bu, o deməkdir ki, onların yoldaşlıq etdiyi virusları bizim bədənimiz tanımır. Amma bazar misalında vəziyyət kəskin dəyişir. Oradakı insanlar onlara yad olan viruslarla sıx kontaktdadırlar. Virus aradakı baryeri aşdığı zaman onlarla kontakta olan adamlara yoluxur və bizim immun sistemimizin tanımadığı tamamən yad bir virusla konfrontasiyaya girməli olur.

Bəzi adamların ağ ciyərlərindəki yerli immun sistemi dəlicəsinə virusa saldırır. Nəticədə ağciyərin toxuması dağılıb fibrotic, yəni yararsız bir toxumaya, struktura çevirilir. Ona görə də axırda bu insanlar tənəffüs çatmazlığından və onun törətdiyi ağır nəticələrdən ölürlər.

Viruslar cansız varlıqlardır. Onlar xarici mühitdə əsasən çox az qalırlar, yeni sahibinə bulaşmasa ölürlər.

Əgər biz evdə qalsaq, virusun transportu və yaşaması üçün vacib olan zənciri elə beşikdəcə boğarıq. Virus qalır yerində, tələf olur, gedir. Bir müddət sonra mövcudluğu böyük ölçüdə aradan qalxır.

Bu mənada bacardıqca evdə qalmalıyıq”.

Xəbər 1357 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +