Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


02.06.2019  15:08 

Milli maraqların qorunmasında informasiya faktoru





A+  A-

Hər bir dövlətin mövcudluğunun ən böyük dayaqlarını onun milli maraqlarının müdafiəsi, milli özünəməxsusluğun və həmrəyliyin gücləndirilməsi faktorları təşkil edir. Müasir dövrdə bu istiqamətdəki fəaliyyət də öz görünüşünü müəyyən qədər dəyişdirmişdir. Zaman milli maraqların müdafiəsinə sadəcə hərbi müharibə və ya mübarizə ilə deyil, eyni zamanda informasiya müharibəsi ilə nail olmağı tələb edir.
İnformasiya müharibəsi - milli maraqlara çatmaq üçün informasiyanın istifadə edilməsidir. İnformasiya müharibəsi sərhədlərinin geniş, yeni strateji kəşfiyyat modellərinin olması kimi bir sıra üstünlüklərə malik olduğu üçün daha aktual xarakter daşıyır. Bu məsələdə üstündə durmalı olduğumuz əsas amil bu prosesin aktorlarıdır.

İnternet resurslarının əsas istifadəçiləri kimi gənclərin milli maraqların müdafiəsində rolu daha böyükdür. Bu amil həm müsbət, həm də mənfi nəticələrə səbəb ola bilər. Məsələnin müsbət tərəfini mübariz ruhda böyüyən gənclərin ətrafda baş verən prosesləri daha obyektiv analiz etmə qabiliyyətinin mövcudluğu, eləcə də sosial şəbəkələrdə informasiya mübadiləsinin daha aktiv iştirakçıları olmaları təşkil edir. Mənfi amillər isə bu prosesin aktoru olan gənclərin yanlış məlumatlandırılma, xarici düşmən qüvvələr tərəfindən maliyyələşdirilərək yanlış yöndə istiqamətlənməsi kimi mövcudluqlardan ibarətdir. Bu halda əsas məqsəd həmin mənfi amillərin müsbət yöndə dəyişməsinə nail olmaq olmalıdır.

Sosial şəbəkələrdə çox tez – tez rastlaşdığımız bir hala nəzər salaq. Özünü xalqın yanında olan, onu ətrafdakı mənfi amillərlə bağlı məlumatlandıran şəxslər kimi göstərən bir qrup gənc sosial şəbəkələrdə bir səhifə yaradır, başlayır mənbəsini bilmədiyi, doğruluğuna əmin olmadığı, hətta ən pisi doğruluğunu yoxlamağa cəhd belə etmədiyi informasiyanı minlərlə izləyici ilə paylaşmağa.

Milli maraqlarımızın qənimi olan qaragüruhçu qüvvələr də bundan istifadə edir və həmin gənc “admin”ləri onların müəyyən ehtiyaclarını maliyyələşdirirərək bu yanlış yöndə daha da necə deyərlər, şirnikləşdirirlər. Bu halda gənclərimizin artıq mübarizlik ruhu da sönür və sadəcə iqtisadi amil haqqında düşünürlər. Bəs bu halın qarşısını almaq üçün nə etmək lazımdır? Sualın cavabı birmənalıdır. Əlbəttə, maarifləndirmə.

Gənclər bizim gələcəyimizdir. Onların belə yanlış istiqamətlənməsi, mahiyyətini dərk etmədikləri məsələlər barədə xalqla iqtidar arasında uçurum yaradaraq milli maraqlarımıza da böyük ölçüdə ziyan vurmalarının qarşısını sadəcə maariflənmə ilə almaq olar. Bu yöndə müxtəlif təlimlər, tədbirlər təşkil olunmalı, həmin gənclərlə mütəmadi olaraq maarifləndirici görüşlər keçirilməlidir. Belə fəaliyyətlər onların informasiya resurslarında milli maraqların müdafiəsinə cəlb edilməsində də müsbət təsirini göstərəcək.

“Paradiqma” İctimai-Siyasi Tədqiqatlar
İctimai Birliyinin Analitik Qrupu


Bu məqalə “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclərin internet səhifələrində, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsinə cəlb edilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Xəbər 503 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +