Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


28.11.2018  16:54 

Nazim İbrahimov Kiyevdə - Ukraynadakı biznesinin başına özü keçir





A+  A-

Diasporla iş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun Ukraynada böyük biznes şəbəkəsinə sahib olması heç kəsə sirr deyil. O, öz biznesini hələ Ukraynada səfir olarkən yaratmağa başlayıb. Sonrakı illərdə isə şəbəkəni genişləndirərək nəhəng maliyyə imperiyası qurmağa müvəffəq olub. Bu imperiyaya, ticarət mərkəzləri, müxtəlif profilli mağazalar, otellər və restoranlar daxildir. Sabiq sədrin bu ölkədəki evlərinin sayı da barmaqla sayılası qədər deyil. Onun geniş torpaq sahələrinə də sahibləndiyinə dair məlumatlar var. Biznes şəbəkəsi isə təkcə paytax Kiyevi deyil, Ukraynanın ayrı-ayrı bölgələrini də əhatə edir. Məlumatlarda İbrahimovun Diasporla İş üzrə Dövlət Komiyəsinə rəhbərlik etdiyi dövr, onun Ukraynadakı biznesinin ÇİÇƏKLƏNMƏ DÖVRÜ kimi qiymətləndirilir.
Dövlət Komitəsinin sədri vəzifəsində çalışarkən N.İbrahimovun Ukraynadakı biznesini onun yaxın adamları idarə edib. O, yalnız ara-sıra bu ölkəyə səfər edərək gəlirlər barədə hesabat qəbul edirdi. Hazırda isə İbrahimovun hər hansı rəsmi görəvi yoxdur, bu isə ona Ukraynadakı biznes şəbəkəsinə sərbəst şəkildə nəzarət etmək imkanı yaradır.

XəzərNews.az bildirir ki, Missiya.Az-ın əldə etdiyi məlumata görə, N.İbrahimov öz biznesinə nəinki nəzarət etmək, həm də imperiyanın başında şəxsən dayanmaq niyyətindədir. Bilgili mənbələr iddia edirlər ki, İbrahimovun Ukraynaya səfərləri intensivləşib və o, hər səfərində şəbəkəni daha da genişləndirmək əzmində olduğunu gizlətmir. “Hazırda da Kiyevdədir. İki gün əvvəl gəlib və deyəsən budəfəki səfəri uzun müddətlidir. Yəqin ki, qalıb bütün məsələlərlə şəxsən özü məşğul olcaq. Bu vaxta qədər arada müəyyən problemlər yaranırdı. Nazim müəllim isə bilavasitə müdaxilə edə bilmirdi. Biznesdir, gözlənilməz hallar ortaya çıxa bilir. Belə olanda isə ikinci, üçüncü şəxslərin müdaxiləsi o qədər də effekt vermir. Gərəkdir ki, beznesin sahibi özü işlərlə yaxından maraqlansın və yaranmış problemlərin əsl səbəbini özü aşakarlaya bilsin. Ötən illərdə dəfələrlə müəyyən adamlarla mübahisələr də yaranıb, narazılıqlar düşüb. Nazim müəllim dövlət vəzifəsi tutduğundan lazım olan zamanlarda məsələlərə müdaxilə edə bilmirdi. Bəzi adamlar isə bundan sui-istifadə edirdilər. İndi isə Nazim müəllim sərbəstdir və özü öz işi ilə məşğul ola bilir” – deyə, Ukraynadakı mənbə bildirib.



Mənbə onu da əlavə edib ki, N.İbrahimovun tamamilə Ukraynaya köçməsi də istisna olunmur. Bu isə onu deməyə əsas verir ki, sabiq komitə sədri Ukraynadakı biznesinin başına özü keçir. Qeyd edək ki, N.İbrahimovu iki gün öncə Kiyevin Borispol Hava Limanında görənlər olub. O, Bakı-Kiyev reysindən düşüb.



Xəbər 1435 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +