Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


06.10.2018  12:19 

İctimai Televiziyada pozuntular tapıldı





A+  A-

Hesablama Palatasının Kollegiyası dövlət büdcəsindən İctimai Televiziya və Radio Yayımları Şirkətinə 2017-ci il və 2018-ci ilin I yarımilində ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib.
XəzərNews.az qurumun saytına istinadən xəbər verir ki, audit tədbiri İctimai Televiziya və Radio Yayımları Şirkəti üzrə ümumilikdə 17229,0 min manat vəsaiti əhatə edib.

Auditlə işçilərə artıq ezamiyyə xərcinin, elmi dərəcələrə görə artıq əlavə əmək haqqının, istifadə olunmayan məzuniyyət günlərinə və işdə olmadığı günlərə görə əmək haqqının ödənilməsi halları müəyyən edilib. Həmçinin, işçilərə fəxri adlara görə verilmiş aylıq təqaüdlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməli olduğu halda, İctimai Yayımçının vəsaiti hesabına ödənilib.

Şirkət profilaktika işlərinin yerinə yetirilməsi ilə əlaqədar bağlanılmış müqavilə şərtlərinə əməl edilməyərək müqavilədə nəzərdə tutulmayan müxtəlif adda mal-materialların alışına yol verib.

İctimai Yayım xidmətinin digər mənbələr hesabına, sponsor yardımı, fiziki və hüquqi şəxslərin ianələri, reklamdan əldə olunan gəlirlər, audiovizual proqramların satışından daxilolmalar, öz məhsulu olan serialların, tamaşaların, bədii, sənədli, cizgi və digər filmlərin satışından əldə edilən vəsaitlər, konsertlər və şouların təşkilindən daxilolmalar hesabına maliyyələşdirilməsi məqsədilə görülən tədbirlər yetərli olmayıb.

Maliyyə hesabatları “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın tələblərinə uyğun tərtib edilsə də, bəzi hallarda maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri maliyyə hesabatlarında düzgün əks etdirilməmiş, şirkətin balansında olan müxtəlif avadanlıqlara quraşdırılmış ehtiyat hissələri, yerinə yetirilmiş tikinti işlərinin dəyəri aktivlərin ilkin dəyərində uçota alınmayaraq birbaşa xərcə silinib.

Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək Qərar qəbul edib, müəyyən edilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərə dair qanunvericilik ilə müəyyən edilmiş qaydada zəruri tədbirlərin görülməsi və görülmüş bütün tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Qərarın surəti İctimai Televiziya və Radio Yayımları Şirkətinə göndərilib.

Xəbər 1404 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +